Əsas Səhifə > Dünya > Makronun Azərbaycana ehtiyacı olacaq

Makronun Azərbaycana ehtiyacı olacaq


31-10-2023, 11:51
Makronun Azərbaycana ehtiyacı olacaq
Fransa prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyaların çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb. Emmanuel Makronun məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək. Qazaxıstan da kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.
Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınmasını da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makronu Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir.
Fransanı başqa bir problem də gözləyir. Qazaxıstan uranını Çin də alır. Çinin də xeyli atom elektrik stansiyası var və onların da böyük həcmdə urana ehtiyacı var. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub. Çin 2012-ci ildən başlayaraq Qazaxıstanın ən böyük uran alıcısıdır. Əgər Çin həmin ilə qədər Qazaxıstandan 1750 ton uran alırdısa, sonrakı müddətdə bu rəqəm 6 dəfə artıb. Çin 2013-cü ildə Qazaxıstandan 15 min ton uran alıb. Çin Qazaxıstanın bütün uranını almağa hazırdır. Çində 37 işlək nüvə reaktoru var, 20 nüvə reaktoru tikilməkdədir. Çin 2017-ci il üçün daha 40 nüvə reaktoru inşa etməyi planlaşdırır. Yəni Çin urana doyan deyil. Çin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq qüçün Astanaya təzyiq etməyə çalışacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ

Geri qayıt