Əsas Səhifə > Dünya > Erməni ordusu NATO standartına KEÇİD EDİR...
Erməni ordusu NATO standartına KEÇİD EDİR...7-11-2023, 00:16 |
Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanın ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahını ziyarət etməsi İrəvanın Kremlə qarşı növbəti demarşıdır. Asryan ziyarət zamanı ABŞ-ın Avropa komandanının müavini general-leytenant Stiven Başamdan xahiş edib ki, Ermənistan ordusunun islah edilməsində Pentaqon İrəvana dəstək versin. Belə qərarlar Vaşinqtonda verilsə də, amerikalı general erməni həmkarına vəd verib ki, Ermənistan hərbçilərinin peşəkar səviyyədə hazırlanmasında, idarəetmə sisteminin modernləşməsində, hərbi təhsil və təlimlər məsələsində İrəvana dəstək verəcəklər. Amerikal general onu da deyib ki, bununla bağlı yeni proqramlar hazırlanacaq. Göründüyü kimi, Ermənistan Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyindədir. Bu mürəkkəb prosesdir, kifayət qədər böyük maliyyə tələb edir. Digər tərəfdən orduda islahatlar aparmaq üçün keçmiş sovet və hazırki Rusiyaya bağlı zabit heyətini dəyişmək lazımdır. Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək. Müəllif: Elxan Şahinoğlu DİA.AZ (Ərsoyun Blog'u) Geri qayıt |