Əsas Səhifə > Dünya > İranın HAMAS ALVERİ...

İranın HAMAS ALVERİ...


10-11-2023, 01:08
İranın HAMAS ALVERİ...
Türkiyənin Tehran səfirliyinin önündə aksiya keçirilib: Azərbaycan və Türkiyə də daxil olmaqla bir sıra ölkələri (Qazaxıstan, İordaniya, Misir, Nigeriya) “İsrailin Qəzzadakı qətliamına dəstək verməkdə” ittiham edirlər;

İranda belə aksiyaların, xüsusilə İsraillə bağlı olanların rejimin özü tərəfindən təşkil edildiyi bəllidir. Halbuki, nə Bakı, nə də Ankara Qəzzadakı qətliama dəstək verəcək heç bir addım atmayıb. Türkiyə isə İslam dünyasında Qəzzaya görə fəallıq göstərən əsas ölkədir. Bu, İranı narahat edir və belə aksiyalarla ictimai rəyi manipulyasiya etməyə çalışır.

- Bakıya qarşı “İsraillə yaxınlıq” ittihamını rəsmi ritorikada zəiflətsələr də, ictimai rəy üzərindən davam etdirirlər;
- Ankaranın fələstinlilərə dəstəyi haqda mənfi fikir formalaşdırırlar;
- Bununla “Fələstin məsələsini” monopoliyada saxlamağa çalışırlar;

Və hər cümə “İsraili məhv edəcəklərini” bəyan etsə də, Qəzzanın bombalanması qarşısında ritorik mövqe sərgiləməkdən başqa heç bir addım atmayıb. Çünki İran Fələstin məsələsinə İslam dünyasında mövqelərini gücləndirmək üçün istifadə etdiyi alət olaraq görür. Qəzzanı bombalayan İsrail olsa da, İranda müsəlman ölkələrinə qarşı etirazın keçirilməsi bu bir daha ispat etdi. İsrailin 10 mindən çox insanın öldüyü Qəzzaya hücumuna əsası da İranın dəstəklədiyi Həmas yaratdı.

Asif Nərimanlı
DİA.AZ (Ərsoyun Bloqu)
Geri qayıt