Əsas Səhifə > Dünya > Putinin aradan götürülməsi: heç kim məsuliyyət daşımayacaq

Putinin aradan götürülməsi: heç kim məsuliyyət daşımayacaq


28-11-2023, 07:01
Putinin aradan götürülməsi: heç kim məsuliyyət daşımayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski “The Sun”a müsahibəsində Vladimir Putinin hipotetik olaraq aradan götürülməsi ilə bağlı suala cavabında qeyd edib ki, belə bir fürsət yaranarsa, Ukrayna bundan istifadə edəcək. Nəhayət, əgər Rusiya bizim prezidentimizin həyatına qəsd edə bilərsə, onda biz niyə Putinə qarşı eyni addımı ata bilmərik? Amma mən bizim belə bir imkanımızın olduğuna ciddi şübhə edirəm.

Bundan əlavə, indi bu mövzu çox mücərrəddir. Məsələn, bir vaxtlar Hitlerə sui-qəsd cəhdləri olub, amma heç biri də uğurlu alınmayıb. Stalinlə bağlı da oxşar hekayə var. Təbii ki, vəziyyət başqa cür də cərəyan edə bilər. Amma elə bir şəkildə ki, cəmiyyət uzun illərdən sonra sui-qəsdlə bağlı suallara cavab alacaq. Bəlkə də belə bir nəzəri əməliyyatda iştirak edən şəxslərin xatirələri dərc olunsa belə, heç vaxt dəqiq cavabı heç kim bilməyəcək. Çox güman ki, mövzu sui-qəsd nəzəriyyələrinə çevriləcək, hamı maraqlanacaqdı ki, bunu niyə və kim etmişdi. Və mən hesab edirəm ki, aradan götürmənin arxasında Ukraynanın ola biləcəyi versiyanın həm tərəfdarları, həm də tənqidçiləri olacaq.

Daha bir məsələ - “The Economist”dəki materialın Qərbdə yaratdığı rezonansa diqqət yetirməyə dəyər (Ukraynada hamının müzakirə etdiyi Zalujninin məqaləsi deyil). Söhbət işğal olunmuş ərazilərdə və Rusiyanın özündə müəyyən şəxslərin aradan götürülməsi ilə bağlı məqalədən gedir. İstər Ukraynada, istərsə də Qərbdə bunu oxuyanlar fərqli reaksiya verdilər. Xüsusilə, bizim xüsusi xidmət orqanlarının işğal olunmuş ərazilərdə müəyyən aradan götürmələrdə iştirak etdiyinə dair eyhamlar var idi. Nəzərə alsaq ki, hətta belə hallar - daha kiçik rütbəli şəxslərə qarşı sui-qəsd cəhdləri də Qərbdə qarışıq reaksiyalara səbəb olur, Putinin başına nəsə gəlsə, reaksiyanın necə olacağını təsəvvür etmək çətin deyil.

Təbii ki, nəzəri olaraq onun başına nəsə gələ biləcəyini güman etmək olar. Lakin birdən-birə baş versə, bunun arxasında Ukrayna dayanacaqmı? Hər kəs sadəcə təxmin edəcək və sual verəcək: orada nə baş verib, bunu kim edib, niyə ediblər, hansı səbəblərlə?! Yaxud bu, hakimiyyət uğrunda mübarizədir, yoxsa Ukraynadakı müharibə ilə bağlıdır? Bunun üçün heç kim məsuliyyət daşımayacaq.

Bütün bunları nəzərə alan Prezident Zelenski “The Sun”un sualını cavablandırıb. Ukrayna Putinin sıradan çıxarılması imkanını istisna etmir, lakin bu suala birbaşa cavab yoxdur. Müharibədə müharibədəki kimi davranmaq lazımdır. Əgər doğrudan da, vəziyyətdən istifadə etmək imkanı varsa, onda nəzəri olaraq, biz bundan yararlana bilərik. Amma bunun üçün bizdən məsuliyyət götürməyi gözləməyin mənası yoxdur.

Müəllif: Volodimir Fesenko - “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
Geri qayıt