Əsas Səhifə > Dünya > Rusiya Hindistan bazarına hədəflənib
Rusiya Hindistan bazarına hədəflənib27-12-2023, 10:49 |
Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiyanın qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. 2023-cü ildə Rusiyanın Hindistanla ticarət mübadiləsi iki dəfə artaraq 55 milyard dollara yaxınlaşıb. Bu iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır. Buna baxmayaraq, Hindistanın əsas ticarət tərəfdaşı Amerika Birləşmiş Ştatlarıdır. İki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır. Rusiya Amerikadan geri qalmaq istəmir. Rusiyalı iqtisadi ekspertlərin fikrincə, 2030-cü il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, Hindistandan isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq. Rusiya Hindistanla hərbi sahədə də əməkdalığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib. “The Times of India” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayımladığı məqalədə Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağı vurğulanıb. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə məqsədilə yeni doktrina hazırlayıb. Həmin doktrina hökumətə təqdim edilib. Həmin sənəddə Hərbi Hava Qüvvələrinin Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb. Beləliklə, Hindistan hərbi gücünü attırmağı qarşısına hədəf qoyub. Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Bakı diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb. Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu) Geri qayıt |