Əsas Səhifə > Dünya > Rusiya Ordusunun Ukraynaya raket zərbələri nəticəsində ölənlərin sayı artıb
Rusiya Ordusunun Ukraynaya raket zərbələri nəticəsində ölənlərin sayı artıb1-01-2024, 10:42 |
Ötən sutka ərzində Kiyevdə dağıntılar altından daha 8 nəfərin meyiti çıxarılıb. APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb. Polis bununla da paytaxtda ölənlərin sayının 27 nəfərə çatdığını açıqlayıb. Qeyd edək ki, Rusiya Ordusu dekabrın 29-da Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri endirib. Nəticədə 159 nəfərin yaralandığı, 39 nəfərin öldüyü açıqlanmışdı. Ötən sutka Kiyevdə dağıntılar altından çıxarılanlarla qurbanların sayı artıb. Bu gün Kiyevdə Matəm Günü elan olunub. Geri qayıt |