Əsas Səhifə > Dünya > BRİCS-in adı kimi fəaliyyəti də qəlizləşir...

BRİCS-in adı kimi fəaliyyəti də qəlizləşir...


5-01-2024, 07:25
BRİCS-in adı kimi fəaliyyəti də qəlizləşir...
BRİCS təşkilatının adı dəyişməlidir, çünki bu aydan təşkilata qoşulan dövlətlərin sayı artıb. BRİCS - təşkilata qoşulan 5 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) adının ilk hərfidir. Aydındır ki, yeni üzv dövlətlərin baş hərflərini BRİCS-ə əlavə etsələr təşkilatın adını hallandırmaq çətinləşəcək. Ona görə də böyük ehtimalla üzv ölkələr yeni ad barədə düşünürlər. Təşkilata dövlətlərin baş hərfləri əvəzinə əməkdaşlığı təcəssüm etdirən konkret ad qoyulacaq. Təşkilata üzv olan dövlətlərin sayı artdıqca qurum çərçivəsində ortaq qərar vermək çətinləşəcək, üzvlərin hamısının rəyi nəzərə alınmalıdır. Misal üçün təşkilata yeni üzv olan iki dövlətin – İranın və Səudiyyə Ərəbistanın ortaq qərar verməsi asan olmayacaq.

Müəllif: Elxan Şahinoğlu
dia-az.life
Geri qayıt