Əsas Səhifə > Dünya > Vahid Avropa ordusu NƏ QƏDƏR REALDIR?
Vahid Avropa ordusu NƏ QƏDƏR REALDIR?8-01-2024, 06:33 |
“Sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında Avropa İttifaqının vahid ordusu olmalıdır” – bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani son müsahibəsində səsləndiriib. Bu yeni mövzu deyil, avropalı rəsmilər və diplomatlar ara-sıra vahid ordu barədə fikirləri söyləyirlər. Ancaq bu mövzu açıqlamalardan o yana keçmir, heç kim Avropada vahid ordu məsələsində geniş müzakirə açmaq istəmir. İtaliyalı nazirin mövqeyi belədir ki, dünyada sülhməramlı missiya yerinə yetirilirsə Avropanın da silahlı qüvvələrinə ehtiyac var. Onun fikrincə, bu, Avropa İttifaqının effektiv xarici siyasətini həyata keçirə bilməsi üçün fundamental şərtdir. Həqiqətən Avropa İttifaqının qeyri-rəsmi paytaxtı, pul vahidi, parlamenti və nazirləri varsa, ordusu niyə olmasın? Avropa İttifaqı vahid ordunu ona görə yaratmağa risq etmir ki, bunun birincisi, NATO-dan nə ilə fərqlənəcəyi bilinmir, ikincisi, ətrafda baş verən hadisələrə vahid ordu ilə reaksiya vermək üçün bütün üzv dövlətlərin ortaq qərarını ala bilməyəcək. Misal üçün Fransa vahid ordunun harasa müdaxiləsinə dəstək verəcəyi halda, Macarıstan və ya Çexiya bunun əleyhinə çıxacaq. İndinin özündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqında fərqli yanaşmalar var. Müəllif: Azər Fikrətoğlu dia-az.life Geri qayıt |