Əsas Səhifə > Dünya > Kiyevin istəyi ilə toplantı: Ukrayna-NATO Şurası hansı qərarı verilməlidir?
Kiyevin istəyi ilə toplantı: Ukrayna-NATO Şurası hansı qərarı verilməlidir?10-01-2024, 06:48 |
2023-cü ilin sonu, 2024-cü ilin əvvəlindən Rusiya Ukrayna şəhərlərinə və mülki şəxslərə qarşı raket və dron hücumlarını artırıb. Bununla əlaqədar Kiyev Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsini xahiş edib. Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq yanvarın 10-da müvafiq iclas çağırıb. Sözügedən görüşdə Rusiya raketinin Polşanın hava məkanına daxil olması məsələsi müzakirə olunarsa da şübhəsiz ki, gündəmdə birinci olmayacaq. Çünki bu görüş Ukraynanın tələbi ilə keçirilir. Bununla belə, gündəm, prinsipcə artıq aydındır. Bu, Rusiya Silahlı Qüvvələrinin Ukraynada iki kütləvi hücumu ilə əlaqələndirilir. Həmçinin ABŞ və Avropa İttifaqı tərəfindən Ukraynaya hərbi yardımın davam etdirilməsinin ləngiməsi fonunda hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı da gündəmdə olacaq. Yəni ki, Rusiya Ukraynaya qarşı kütləvi raket hücumlarını bərpa edib və gördüyümüz kimi, Ukraynanın bütün raketləri, xüsusən də ballistik raketləri vurmaq üçün kifayət qədər vəsaiti yoxdur. Üstəlik Şimali Koreyanın Rusiyaya ballistik raketlər ötürməyə başladığı iddia edilən xəbərlər kontekstində. Rusiya Federasiyası isə artıq bu raketlərdən Ukraynaya qarşı istifadə edir. Bu baxımdan, əsas məsələ Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və onlar üçün əlavə sistemlərin və raketlərin verilməsidir. Mən tamamilə bütün hava hücumundan müdafiə sistemlərini nəzərdə tuturam. Hələlik Almaniyanın bizə vəd etdiyinə inanmamalıyıq. Hərbi Hava Qüvvələri komandanlığından bir neçə belə hücum üçün əks tədbirlərimizin qaldığına dair bəyanat var. Əminəm ki, NATO-nun görüşü zamanı hava hücumundan müdafiə sistemləri və raketləri müzakirə edəcəklər. Bizdə onların sayı azdır və rusların son həftələrdə tutduqları temp, təbii ki, tez cavab və əlavə yardım tələb edir. Yanvarın 4-də Almaniya Ukraynaya göndərdiyi hərbi yardımların siyahısını yeniləyib. Orada IRIS-T üçün raketlər var. Yəqin ki, bizi hava hücumundan müdafiə sistemləri ilə təmin edən digər tərəfdaş ölkələr Rusiya raketlərini məhv etmək üçün bizə əlavə vasitələr verəcəklər. Əminəm ki, müəyyən nəticə olacaq. Eyni zamanda, başa düşmək lazımdır ki, Ukrayna-NATO Şurasının iclası Rusiyanın ölkəmizə kütləvi hücumları davam etdirmək taktikasının dəyişməsinə təsir etməyəcək. Əksinə, bu, Rusiyanın yeni strategiyasının nəticəsidir. Biz yəqin ki, yeni raket hücumlarını gözləməliyik. Hava proqnozunu görürük, əhəmiyyətli soyuqlar yaxınlaşır. Kütləvi hücumlar zamanı enerji infrastrukturunun hədəfə alındığı artıq təsdiqlənib. Ona görə də çətin ki, Rusiya vəziyyəti gərginləşdirmək və Ukraynaya daha çox problem əlavə etmək üçün belə hava şəraitindən istifadə etməsin. Ukraynaya həm hava hücumundan müdafiə sistemləri, həm də məhvedici silahlar verilərsə, bu, Rusiyanın taktikasının dəyişməsinə təsir edə bilər. Rusiya ancaq güc dilindən anlayır, əks halda heç bir riskə getmir və sakitcə Ukrayna ərazilərinə raketlər atır. Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur dia-az.life Geri qayıt |