Əsas Səhifə > Dünya > Neftin alıcıları uğrunda rəqabət genişlənib
Neftin alıcıları uğrunda rəqabət genişlənib19-01-2024, 11:12 |
OPEC ölkələri neft istehsalını azaltsalar da, bu, neft qiymətlərinin artımına təsir etməyib. “Bloomberg” agentliyi buna səbəb kimi ABŞ-ın neft istehsalını artırmasını göstərib. Səudiyyə Ərəbistanı satdığı neftin qiymətini azaldıb. Bu, rəqabət mühitində Səudiyyə Ərəbistanı neftinə olan tələbatı artırıb. Bu arada, İran Çinə satdığı neftin həcmini azaldıb. İran öz neftini Çinə daha ucuz qiymətə satmaq istəmir. “Reuters” agentliyinin məlumatına görə, İran öz neftinə qiyməti artırmağa çalışır. İran ötən ilin dekabr ayında dəniz yolu ilə Çinə gündəlik 1.23 milyon barel nəql edib. Halbuki, noyabr ayında bu rəqəm 1.52 milyon barel idi. Çin neftə olan tələbatının 10 fazini İrandan əldə edir. İranın Çinə neft nəqlini azaltması Çinin neftayırma zavodlarının gəlirlərini azaldacaq və bu ölkədə yanacağın qiymətini artıracaq. İranın Çinə nəql etdiyi neftin 90 faizi Çinin özəl neftayrıma zavodlarında istifadə edilir. Çinin dövlətə aid neftayrıma zavodları isə ABŞ sanksiyalarından ehtiyat edərək Tehranla enerji sahəsində əməkdaşlığa risq etmirlər. İran öz neftinin qiymətini artırmağa çalışmaqla Rusiyanın Çinə satdığı neftin qiyməti ilə bərabərləşdirmək istəyir. Tehranın məntiqi belədir ki, Çin Rusiyadan nefti hansı qiymətə alırsa, İrandan da nefti oxşar qiymətə almalıdır. Rusiya istehsal etdiyi neftin təxminən 50 faizini Çinə satır, 40 faizi isə Hindistana nəql olunur. İqtisadi ekspertlərin fikrincə, 2024-cü ildə neft ixrac edən ölkələr arasında qərabət artacaq. Neft ixrac edən ölkələr neftin istehsal həcmini razılaşdırmağa çalışsalar da, buna 2024-cü ildə riayət etmək çətin olacaq. Misal üçün həm Rusiya, həm də İran Qərbin sərt sanksiyalarına məruz qalıblar və ona görə də hər iki dövlət daha çox neft satmağa çalışır ki, iqtisadi itkilərini bu yolla kompensasiya edə bilsinlər. Səudiyyə Ərəbistanı Rusiya və İrandan fərqli olaraq neftini istənilən istqamətdə rahat şəkildə sata bilir. Dövlət şirkəti olan “Saudi Aramco” köhnə acılılarına neft satmaqla yanaşı yeni alıcılar da cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı Avropanın ən böyük neft təhcizatşçısına çevrilib. “Atlas” Araşdırmalar Mərkəzi dia-az.life Geri qayıt |