Əsas Səhifə > Dünya > Putin Sankt-Peterburqda Paşinyanla ikitərəfli görüşü rədd edib?..
Putin Sankt-Peterburqda Paşinyanla ikitərəfli görüşü rədd edib?..23-01-2024, 10:23 |
“Ötən ilin sonunda Nikol Paşinyan dekabrın 25-də Ali Avrasiya İqtisadi Şurasının sessiyasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa getdi. Hələ dekabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Putin və Paşinyan “forum zamanı və qarşıdan gələn tədbirlər çərçivəsində ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər”...” Moderator.az xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazır. Erməni qəzeti bildirir ki, bu günədək Sankt-Peterburqda Paşinyanla Putin arasında ikitərəfli görüşün olub-olmadığı barədə məlumat verilməyib. Qəzet bu məlumatı dəqiqləşdirmək üçün Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana müraciət edib və o, belə bir məlumatın olmadığını bildirib. “Putinin Paşinyanın təkbətək danışıq təklifini rədd etməsi, təkbətək söhbətləri olub-olmaması barədə informasiya varmı?” aydınlaşdırıcı sualımıza Bağdasaryan "Mənim əlavə edəcəyim heç nə yoxdur” cavabını verib. “Təbii ki, biz baş nazirin mətbuat katibinin məlumatlılıq səviyyəsini yox, iki ölkə liderinin ayrı-ayrılıqda görüşü barədə öyrənməyə çalışırdıq. Bununla belə, heç nə alınmadı. Xatırladaq ki, MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Paşinyanla Əliyev arasında qeyri-rəsmi təmaslar olub”- erməni nəşri belə yazır. Geri qayıt |