Əsas Səhifə > Dünya > Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyü deyilir

Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyü deyilir


4-03-2014, 10:12
Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyü deyilir
Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirib.

ANS PRESS-in məlumatına görə, Mixail Lebed bunu öz Facebook hesabında yazıb. Mixail Lebed məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını deyib.

"Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb", - deyə M. Lebed Facebook-da yazıb. Hazırda Ukrayna mətbuatı xəbərin doğru olub-olmamasını digər mənbələrdən dəqiqləşdirməyə çalışır.

Geri qayıt