Əsas Səhifə > Dünya > Zelenski ilə Zalujnı arasındakı gərginliyin səbəbi
Zelenski ilə Zalujnı arasındakı gərginliyin səbəbi4-02-2024, 09:19 |
2023-cü ilin yayında başlayan əks-hücum uğursuzluğu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ölkə Prezidenti Vladimir Zelenski arasında gərginliyi daha da artırıb. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" yazıb. "Ukrayna Silahlı Qüvvələrinin baş komandanı fəal şəkildə yeni səfərbərlik dalğasının tərəfdarıdır və ictimai etimad səviyyəsində prezidentdən öndədir ki, bu da onların münasibətlərini yalnız çətinləşdirir. O, həmçinin hökuməti ordunun düzgün xidmətə yönəldilməsinə mane olmaqda ittiham edir. Onların qarşıdurması Qərbin qətiyyən bəyənmədiyi hərbi strategiya seçimindəki qətiyyətsizliyi göstərir. Vladimir Zelenski general Zalujnını vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib", - nəşr vurğulayıb. Məqalədə bildirilib ki, Zelenski ilə Zalujnı arasında münasibətlərin pisləşməsinə ən çox əks-hücumun uğursuzluğu təsir edib, çünki bu uğursuzluq təkcə ölkə daxilində deyil, Qərbdə də müzakirələrə səbəb olub: “Ukrayna ordusunu milyardlarla dollar dəyərində hərbi texnika ilə təmin edən tərəfdaşlar əməliyyatın nəticəsindən çox narazı idilər. Ümumiyyətlə, ABŞ bütün əməliyyatın bir ərazidə cəmlənməsini istəyirdi, Ukrayna rəhbərliyi isə öz qüvvələrini şərq cəbhəsi ilə cənub arasında bölüşdürdü". Geri qayıt |