Əsas Səhifə > Dünya > ABŞ-nin müdafiə naziri reanimasiyaya yerləşdirildi
ABŞ-nin müdafiə naziri reanimasiyaya yerləşdirildi12-02-2024, 09:23 |
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Valter Rid Ordu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun saytında dərc olunan tibb mərkəzinin həkimlərinin bəyanatında deyilir. Bildirilib ki, onun sidik kisəsində problemlər yaranıb və buraxılma tarixi məlum deyil. Qeyd olunur ki, Ostin daha əvvəl ortaya çıxan sidik kisəsi problemlərini göstərən simptomlar səbəbiylə qiymətləndirmə üçün xəstəxanaya yerləşdirilmişdi. “Axşam bir neçə yoxlama və müayinədən sonra nazir dəstəkləyici müalicə və yaxından izləmə üçün reanimasiya şöbəsinəköçürüldü. Hazırda nazirin xəstəxanada nə qədər qalacağı məlum deyil”, - deyə həkimlərin bəyanatında deyilir. Geri qayıt |