Əsas Səhifə > Dünya > Makronun Ukrayna HOQQASI...
Makronun Ukrayna HOQQASI...1-03-2024, 17:06 |
Fransa Xarici İşlər Nazirliyi Ukraynaya qoşun göndərməyəcəyini bəyan edib. “Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil” deyən Fransanın xarici işlər naziri Stefan Sejurne fransızların Ukrayna uğrunda ölməyəcəklərini bildirib. Bundan cəmi 3 gün əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin və digər Avropa dövlətlərinin Ukraynaya qoşun hissələrini göndərə biləcəklərini demişdi. Makron bunu söyləyərkən də bəlli idi ki, bu blefdir, Fransa prezidenti bu yolla sadəcə Rusiyanı bir qədər qorxutmaq istəyib. Ancaq nəticə bunun əksinə oldu. Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə müharibəsiylə hədələdi, üstəgəl Makronun xaricindəki əksər Avropa lideri Ukraynaya hərbçilərini göndərməyəcəklərini bildirdilər. Makronun açıqlamasının Ukraynaya da faydası olmadı, əksinə, Avropada müharibə mövzusunda fikir ixtilafı dərinləşdi. Ukraynaya gərəkli sayda hərbi texnika göndərməyən ölkələr öz hərbçilərini Rusiya ilə savaşa göndərərlərmi? Azər Fikrətoğlu - dia-az.life Geri qayıt |