Əsas Səhifə > Dünya > "HƏMAS və "İslami Cihad"ın 358 üzvü saxlanılıb"

"HƏMAS və "İslami Cihad"ın 358 üzvü saxlanılıb"


22-03-2024, 09:20
"HƏMAS və "İslami Cihad"ın 358 üzvü saxlanılıb"
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Fələstinin Qəzza zolağının şimalında Əl-Şifa xəstəxana kompleksinin ərazisində radikal HƏMAS və "İslami Cihad" qruplaşmalarının 358 üzvünü saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Hagari brifinqdə bildirib.

""Əş-Şifa" əməliyyatı davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu konsentrasiyası ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəlini saxlamışıq, onlardan 358-i HƏMAS və "İslami Cihad" terrorçularıdır".

Hagari qeyd edib ki, təslim olan terrorçuları dindirir və dəyərli kəşfiyyat məlumatları əldə edirlər.

Qeys edık ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (İDF) Fələstinin "Əl-Şifa" Xəstəxanasında hərbi əməliyyat elan edib. İDF bildirib ki, “əməliyyat obyektin radikal HƏMAS hərəkatının yüksək rütbəli üzvləri tərəfindən terror fəaliyyətləri üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatlarının alınmasından sonra həyata keçirilir”. Son məlumatlara görə, hərbçilər ən azı 600 şübhəli terrorçunu saxlayıb və tibb kompleksində 140 silahlı yaraqlını məhv ediblər.

Geri qayıt