Əsas Səhifə > Dünya > Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan NATO-ya qoşula bilər

Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan NATO-ya qoşula bilər


12-03-2014, 08:25
Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan NATO-ya qoşula bilər
Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə, Gürcüstana artıq sentyabrda NATO-ya Üzvlük üzrə Fəaliyyət Planı təqdim edilə bilər.

APA-nın məlumatına görə, bu barədə “Kommersant” alyansın mənzil-qərargahında və ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən xəbər verir.

“Rusiyanın Ukraynaya dair addımları NATO-nun Şərqi Avropada daha qəti siyasət yürütməyinin zəruriliyi ətrafında diskussiyaları aktivləşdirdi”, deyə NATO-nun mənzil-qərargahında “Kommersant”a bildiriblər. ABŞ Dövlət Departamentində isə Tiflisin Alyansa inteqrasiya olmaq meylini dəstəkləyəcəklərini bildiriblər.

ABŞ Dövlət Departamentindəki mənbə həmçinin bildirib ki, “Moskva Krımın Rusiyaya birləşdirilməsini elan edəcəyi təqdirdə, NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının Gürcüstana təqdim edilməsi məsələsi faktiki həll edilmiş hesab oluna bilər”. Mənbənin sözlərinə görə, buna yalnız Almaniya maneçilik törədə bilər, çünki bu ölkənin Xarici İşlər Nazirliyinə 2008-ci ildən Rusiyaya loyal münasibət bəsləyən Frank-Valter Ştaynmayer rəhbərlik edir.

Geri qayıt