Əsas Səhifə > Dünya > Telefon diplomatiyası başlayıb...

Telefon diplomatiyası başlayıb...


15-04-2024, 08:25
 Telefon diplomatiyası başlayıb...
Telefon diplomatiyası başlanıb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian müxtəlif dövlətlərdəki həmkarlarına zəng edərək “bizdən bu qədər” deyərək İsrailə növbəti hücum planlaşdırmadıqlarını bildirir. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken də okeanın o tayından zənglər edərək digər həmkarlarıyla Yaxın Şərqdəki son vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasını müzakirə edirlər. İran və ABŞ düşmən olsalar da, bu iki ölkənin hazırda ortaq istəyi var: İsrail İrana zərbə endirməsin. İran bunu ona görə istəmir ki, bu müharibədə qalib çıxacağına əmin deyil. ABŞ isə İsrailin İrana zərbə endirməsini ona görə istəmir ki, müharibənin alovu ətrafa yayılacaq və Vaşinqton başda İsrail olmaqla bölgədəki digər müttəfiqlərinə hərbi dəstək vermək məcburiyyətində qalacaq ki, prezident seçkisinə hazırlaşan Ağ Ev sahibi Cozef Bayden üçün bu xoşagəlməz ssenaridir. Bu səbəbdən Vaşinqtonun İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqi artıb. Ancaq mühafizəkar siyasətçi olan Netanyahunu durdurmaq asan olmayacaq. Əks halda Netanyahu İranın Suriyadakı konsulluğuna hücum əmri verməzdi. Deməli Netanyahu bundan sonrasını da planlaşdırıb.

Elxan Şahinoğlu - dia-az.life

Geri qayıt