Əsas Səhifə > Dünya > İtaliya müqavimət göstərir
İtaliya müqavimət göstərir15-04-2024, 10:45 |
Çin iqtisadi artım templərinin yavaşlaması və daşınmaz əmlak sektorunda yaranan problemlərlə mübarizəni davam etdirir. Çin iqtisadiyyatında mövcud problemlər Avropa ölkələrində də müzakirə olunur. İtaliya parlamentində bir müddət əvvəl “İtaliya, Avropa və Çin: Akademik təsirlər və İqtisadi balanssızlıqlar” mövzusunda konfrans keçirilib. Roma bu mövzuya daha çox diqqət yetirməyə başlayıb. Məsələ burasındadır ki, İtaliya hökuməti Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünü tərk etdiyini açıqlayıb. Halbuki, Pekinlə Roma arasında 2019-cu ildə anlaşma memorandumu imzalanmışdı. Çinin təsirinin azaldılması İtaliyanın mühafizəkar baş naziri Meloninin hədəflərindən biridir. Buna baxmayaraq, Pekin təslim olmaq istəmir. Pekin İtaliya infrastrukturuna nəzarət etmək üçün cəhdlərini davam etdirir. Romada keçirilən konfransda Pekinin bu cəhdləri müzakirə edilib. Konfrans iştirakçıları Çinin İtaliyanın tədqiqat və akademik dairələrinə nüfuz etmək cəhdlərinə diqqət yetiriblər. Çin İtaliya infrastrukturuna, xüsusən də limanlara yatırımlar qoymaq istəyir. Roma əvvəlcə buna müsbət yanaşmışdı, ancaq sonrakı illərdə bu yatırımların İtaliya təhlükəsizliyinə təhdid edəcəyi qənaətinə gəlinildi. Çin şirkətləri İtaliyanın qaz və elektrik paylayıcı şirkətlərində pay sahibi olmağa çalışırlar. Konfransda Çinin İtaliyada 12 Konfutsi İnstitutunun fəaliyyət göstərdiyi, orta məktəblərdə Çin dili müəllimlərinin işlədiyini və hamısının Çin hökuməti tərəfindən maliyyələşdirildiyinə diqqət çəkilib. Konfrans iştirakçıları bunu Çinin yumşaq gücü kimi dəyərləndiriblər. Çin təhsildən təbliğat və siyasi gündəmini inkişaf etdirmək məqsədilə istifadə edir. Hesab edilib ki, Çinin nüfuz etdiyi İtaliya Universitetlərində müasir texnologiyaları izləmək və onları gizli üsullarla əldə etmək vasitəsi kimi texniki əməkdaşlıqla məşğuldur. Romadakı konfransda çıxış edən İtaliya xarici işlər nazirinin keçmiş müavini və parlamentin üzvü Gianni Vernetti Çinin qlobal şəbəkə yaratmaq cəhdlərinə diqqəti çəkib. Vernetti misal olaraq Maldiv adalarını göstərib. İtaliyalı diplomatın qənaətinə görə, Maldiv adaları Çin sərmayələrindən asılı vəziyyətə düşüb və bununla siyasi gələcəyini təhlükəyə altına atıb. Konfransda danışılanlara baxmayaraq, İtaliya ucuz işçi qüvvəsi kimi Çin vətəndaşlarından istifadə edir. Covid-19 pandemiyası məhz çinli işçilər tərəfindən İtaliyada sürətlə yayıldı və minlərlə insanın ölümünə səbəb oldu. Məlum oldu ki, geyim paytaxtı sayılan Milanda tikiş fabriklərində işləyənlərin əksəriyyəti çinlilərdir. Həmin fabriklər çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edib. Həmin çinlilər isə ölkələrindən tətildən qayıdarkən pandemiyanın da yayılmasına səbəb oldular. “Atlas” Araşdırmalar Mərkəzi dia-az.life Geri qayıt |