Əsas Səhifə > Dünya > ABŞ yardımı və: Konqresdəki səsvermədən gözləntilər

ABŞ yardımı və: Konqresdəki səsvermədən gözləntilər


19-04-2024, 08:36
ABŞ yardımı və: Konqresdəki səsvermədən gözləntilər
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, Ukraynaya maliyyə ayrılması da daxil olmaqla, bir sıra xarici yardım qanunları üzrə səsvermə bu şənbə, aprelin 20-də keçiriləcək.

Tehranın İsrailə qarşı hücumu ümumilikdə təhlükəsizliyə daha çox diqqət ayırmağa səbəb olub. Biz gördük ki, ABŞ tərəfdaşlarımız bundan çox düzgün istifadə ediblər. Yəni Ukraynaya, İsrailə, Tayvana yardım paketi məsələsi yenidən gündəmə gəlib.

Həm Bayden, həm də Çak Şumerin əvvəllər dedikləri konsensusun vacib hissəsi paketlərin bölünməsi idi. Buna uyğun olaraq həm demokratlar üçün, həm də respublikaçılar üçün nəyin faydalı olduğu səsə qoyulacaq.

Yardım paketləri niyə tezliklə səsverməyə çıxarılacaq? Çünki bu təkcə aktuallıq məsələsi deyil, bu təkcə tematik məsələ də deyil, həm də spiker Consonun siyasi səhnədə qalması məsələsidir. Conson Konqresdə özünə dəstək qazanmalıdır. Və buna görə də o etimadsızlıq halında ona dəstək və səs tapmağa imkan verəcək mümkün qədər tez, mümkün qədər çox qanun layihəsi irəli sürməlidir. Yeri gəlmişkən, bu, Conson üçün hələ də aktual məsələdir. Spiker ancaq aydın işləməklə, Nümayəndələr Palatasının ən azı müəyyən hissəsini qane edəcək və ona səs verəcək kompromis hərəkətlər etməklə dəstək qazana bilər.

Bu qanun layihələrinə baxılmasının indi sürətlənməsinin digər səbəbi odur ki, ABŞ müdafiə sənayesi kompleksi artıq Respublikaçılar Partiyasından sifarişlərin verilməsini təmin etmək üçün bəzi aktiv addımlar atmağı tələb edir. Çünki müdafiə sənayesi üçün dövlət sifarişləri onların gəlirlərinin, ümumilikdə dövriyyə kapitalının demək olar ki, 80 faizini təşkil edir. Və bu böyük paketlər olmasa da, səsvermənin keçiriləcəyinə dair bir bəyanat olana qədər, Amerika müdafiə sənayesi müəssisələri, sadəcə olaraq bütün il ərzində hansı büdcələri təyin etməli və nə ilə işləməli olduqlarını başa düşmürlər.

Yəni, ABŞ üçün bu, təkcə siyasi məqsədəuyğunluq məsələsi deyil, həm də iqtisadi zərurət məsələsidir. Bu isə onu göstərir ki, paketlər kifayət qədər tezliklə səsverməyə çıxarıla bilər.

Çoxları hesab edir ki, paketlərin bölünməsi səbəbindən ABŞ Ukraynadan başqa hamını dəstəkləyəcək. Amma bu, çox az ehtimal olunan ssenaridir. Çünki o zaman demokratlar bu qədər sakit qalmaz və heç bir kompromisdən danışmazdılar. Yəni mütləq hər şeyin səsverməyə çıxarılacağına inam olmasaydı, həqiqətən də konsensusdan və müəyyən qarşılıqlı anlaşmadan söhbət gedə bilməzdi. Ona görə də mütləq hər məsələyə səs verəcəklər. Hələlik biz görürük ki, Ukraynaya dəstək paketi üçün kifayət qədər səs olmalıdır.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının Şimali Amerika Proqramının direktoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.

Geri qayıt