Əsas Səhifə > Dünya > Paşinyana kim yan baxa bilir ki?..
Paşinyana kim yan baxa bilir ki?..23-04-2024, 12:19 |
Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçik miqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir. Bu arada, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb. Elxan Şahinoğlu - dia-az.life Geri qayıt |