Əsas Səhifə > Dünya > ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketini təsdiqləyib

ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketini təsdiqləyib


24-04-2024, 08:00
ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketini təsdiqləyib
ABŞ Senatı səsvermədən sonra Vaşinqtonun müttəfiqlərinə - Ukrayna, İsrail və Tayvana xarici yardımla bağlı qanun layihələri paketini qəbul edib.

APA xəbər verir ki, Senat həmçinin Rusiyanın dondurulmuş aktivlərinin faktiki olaraq Ukraynaya verilməsinə görə müsadirə olunmasını və Çinə qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.

Təşəbbüsü 79 senator dəstəkləyib, 18 qanunverici isə təşəbbüsün əleyhinə çıxıb.

İndi qanun layihəsi aprelin 24-də sənədi imzalamaq niyyətində olan ABŞ Prezidenti Co Baydenə göndəriləcək ki, Ağ Ev rəhbəri Kiyevə silah tədarükünü bu həftə bərpa etsin.

Geri qayıt