Əsas Səhifə > Dünya > Krım əhalisi referendumla bağlı 3 hissəyə bölünmüş vəziyyətdədir

Krım əhalisi referendumla bağlı 3 hissəyə bölünmüş vəziyyətdədir


14-03-2014, 10:26
Krım əhalisi referendumla bağlı 3 hissəyə bölünmüş vəziyyətdədir
Krımda martın 16-da keçiriləcək referenduma son hazırlıqlar gedir. Krımın gələcəyini müəyyənləşdirəcək referendum ərəfəsində paytaxt Simferopolda bir canlanma hiss edilir.

Şəhərin bəzi bölgələrində səsvermə ilə əlaqədar plakatlar asılıb. Plakatların əksəriyyətinin asılmasını Rusiya tərəfdarı olan Krım Parlamenti təşkil edib. Ümumilikdə, Simferopolda təbliğat-təşviqat kampaniyası güclü olmasa da, nəzərə çarpır.

Krım əhalisi isə referendumda nəyə səs verəcəklərinə hələ dəqiq qərar verməyiblər. Bəzi sakinlər Krımın da Kiyevə bənzəməsindən qorxduqlarını, lakin Krımın Ukraynanın tərkibində qalmalı olduğunu bildirirlər.

Digərləri isə Rusiyanın Ukraynadan daha güclü dövlət olduğunu əsas gətirərək, Krımın Rusiyaya birləşdirilməsini istəyir. Rəyi soruşulanların bir qismi isə fikirlərinin qarışıq olduğunu bildirərək, referendumda səs verməyəcəklərini bildiriblər.

Geri qayıt