Əsas Səhifə > Dünya > Qırğızıstanın borcu artıb

Qırğızıstanın borcu artıb


3-05-2024, 09:31
Qırğızıstanın borcu artıb
Qırğızstanın türk dövlətləri ilə inteqrasiyaya çalışması Pekində diqqətlə izlənilir. Qırğızıstanın Çinə əvvəllər təxirə salınmış borcun ödənilməsi vaxtı gəlir və bu, Mərkəzi Asiya ölkəsində güclü şərq qonşusundan maliyyə asılılığının dərinləşməsi ilə bağlı ictimai narahatlığı artırıb. Qırğızıstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yığılmış ümumi borcunun təqribən 6,2 milyard dollar və ya ÜDM-in 45%-i kimi qiymətləndirilir. Bunun təxminən 1,7 milyard dolları 2021-ci ildə COVID-19 pandemiyası qarşısında 32 milyon dolların geri qaytarılmasını təxirə salmağa razı olan Çin İxrac və İdxal Bankına borcdur.
Pekin Bişkekin əlavə möhlətlər və ya alternativ ödəmə sxemləri ilə bağlı təkliflərini rədd edir. Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda fevralın 2-də hökumətin iclasında Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov bunları deyib: “Biz xarici borc üzrə ödənişlərin pik həddinə çatmışıq”. Japarov bildirib ki, borcun ödənilməsi üçün Qırğızıstan büdcəsindən 2024-cü ildə 400 milyon dollar, 2025-ci ildə 430 milyon dollar və 2026-cı ildə isə 390 milyon dollar ayrılması tələb olunacaq. “Biz hamımız Qırğızıstan adlı eyni gəmidəyik, ona görə də hər kəsin əməyinə və töhfəsinə ehtiyacımız var. Biz bir komanda kimi işləməliyik”, - deyə Cəfərov iclasda bildirib.
Qırğızıstan hökumətinin məlumatları göstərir ki, Çin kreditləri Pekinin qlobal “bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi kimi iri infrastruktur layihələrinə xərclənib. Bunlara paytaxtın mərkəzi istilik stansiyasının modernləşdirilməsi, Şimal-Cənub magistralının yenidən qurulması və ölkənin elektrik şəbəkəsinin yenilənməsi daxildir. Kreditlər 20 il ərzində qaytarılmalıdır. Hökumət borcun ödənilməsi forması kimi bəzi gəlirli mədən aktivləri üzərində nəzarəti Çinə ötürməyi nəzərdən keçirsə də, ictimai etirazların qorxusundan buna yaşıl işıq yandırmayıb. Çin istənilən halda bu ideyanı rədd edib, eyni zamanda 32 milyon dolların təxirə salınmasına razılaşıb.
Qırğızıstan rəsmiləri keçən il Çinə borcunun bir hissəsini yaşıl təşəbbüslərə dəyişməyi təklif ediblər. Bişkək Çini Qırğızıstanın bərpa olunan enerji layihələrinə sərmayə yatırmağa təklif edib. Gəlir bölünməlidir. Çinin bu təklifi də rədd edib.
Çinin Qırğızıstandakı səfiri Du Deven mətbuat konfransında Çinin Qırğızıstan kreditlərini restrukturizasiya etməsinin mümkünlüyü barədə suala belə cavab verib: “Qərar verən təkcə biz deyilik. Çin beynəlxalq normalara riayət etməlidir. Bütün bu məsələlər hansısa həll yolu tapmaq üçün dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda müzakirə oluna bilər”. Restrukturizasiya üzrə irəliləyişin olmaması, Qırğızıstanın borcunu ödəyə bilməsə, Çinin nə edəcəyi ilə bağlı qırğızlar arasında narahatlığı artırıb. Bişkəkdə 2019 və 2020-ci illərdə Çinin Qırğızıstandakı investisiyalarına qarşı yönəlmiş etirazlar aksiyaları olmuşdu. Qırğızıstan borcunu qaytara bilməsə Çin Bişkekin mərkəzi istilik stansiyasını və Şimal-Cənub magistral yolu kimi bəzi əsas aktivlərə nəzarəti ələ keçirə bilər. Qırğız ekspertlərdən biri borcun iki ölkə arasında gərginlik mənbəyinə çevrilə biləcəyini söyləyib: “Problem ondadır ki, biz Çinin Mərkəzi Asiya və Qırğızıstan üçün] uzunmüddətli strateji hədəflərinin nə olduğunu bilmirik. Pekin bölgədə sülhdə maraqlı olduğunu bildirir, ancaq qırğızlar Çinin siyasətinə etibar etmirlər”. Qırğızların qardaş uyğurlara dəstəyi Pekini narahat edir. Pekin Mərkəzi Asiya ölkələrini, o cümlədən Qırğzıstanı uyğurlara dəstəkdən imtina etməyə çağırır.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt