Əsas Səhifə > Dünya > Rusiya ordusunun Xarkova artan hücumları və ya "vur-qaç" əməliyyatı
Rusiya ordusunun Xarkova artan hücumları və ya "vur-qaç" əməliyyatı13-05-2024, 00:05 |
Mayın 10-da səhər saatlarından Rusiya ordusu Xarkov vilayətinə yeni hücum dalğasına başlayıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, zirehli texnikanın kölgəsi altında olan rus işğalçıları müdafiə xəttini yarmağa çalışsalar da, Xarkov uğrunda döyüşə hazır olmadıqları üzə çıxıb. Ancaq nəzərə almağa dəyər ki, müharibə mürəkkəb məsələdir, bizim müharibə hibriddir və çoxlu çalarları var. Hazırda düşmənin sərhəddə 35 min əsgəri var. (Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Xarkov vilayəti ilə sərhəddə 35 min işğalçı cəmləşib, lakin Kreml onların sayını 50-70 minə çatdırmaq istəyir) Diametri 5-8 kilometr olan kiçik Avdiyevkaya daxil olmaq üçün on il lazım oldu. Son mərhələ dörd aydan çox davam etdi. Eyni zamanda, ruslar 15 min əsgər itirdi. Əslində isə bu rəqəmi üçə vurmaq lazımdır. Və təxminən 50 min əsgər itkisi... Bu, kiçik Avdiyevka üçün itkidir. Bu qədər güclə 40 kilometrlik yolu necə qət edə biləcəklər? Xarkov bir milyon əhalisi olan bir şəhərdir. Baxmut da balaca idi - on ay vuruşdular. Bəs ruslar bu cür qüvvələrlə Xarkovu necə ala bilərlər? Vur-qaç “əməliyyatı” ola bilərmi? Əlbəttə, ola bilər. Belə bir prinsip nədir? 2-3 kilometr məsafə qət edirlər, bir neçə gün döyüşürlər. Biz də öz növbəmizdə düşmənlə atəşkəsməyə məcbur olduq, nəticədə şəxsi heyəti, artilleriya sursatını, texnikanı başqa istiqamətə yönəltdik... Axı bizim resurslarımız sonsuz deyil. Ona görə də qüvvələri yenidən bölüşdürməyə məcbur olacağıq... İyirmi dəfə artıq qüvvə və vasitələri bir yerə cəmləyiblər. Ağlı başında olan insanlar bunu etməzdilər, amma etdilər. Yəni rusların elə bir spesifik düşüncə tərzi var ki, onu başa düşmək mümkün deyil. Yaxud başqa bir misal: müharibənin bu mərhələsinin başlanğıcında Xarkova daxil oldular, oradan sonra qaçdılar. Və bu, o vaxt idi ki, Qərb artilleriyası bizdə yox idi, bir dənə də olsun hava hücumundan müdafiə bölməmiz mövcud deyildi. Amma hər şeyin gözlənilmədən baş verməsinə baxmayaraq, bacardıq. İndi gözlənilmədən hücumda çox da uğurlu deyillər. Üstəlik, möhkəmləndirilməsi, minalanma - hər şey artıq həyata keçirilib, möhkəmləndirilib, minalanıb. Aramıza çaxnaşma və xəyanət, gərginlik və qorxu səpməyi bacarırlar. Artıq iki həftədir ki, deyirlər sabah Xarkov işğal olunacaq. Təəssüf ki, ruslar bu informasiya ilə nifaq salmağa müvəffəq olurlar. Daha bir məqam: real əməliyyata gücləri çatmasa da, 2022-ci ilin əvvəlində olduğu kimi növbəti humanitar böhranı qızışdırmaq istəyirlər. Məqsəd Xarkovdan yerli sakinlərin kütləvi təxliyəsinə başlanılmasıdır. Çünki evakuasiya olan yerdə mütləq qorxu var. İndi də buna nail olmağa çalışırlar. Müəllif: Petr Çernik – Ukraynalı hərbi ekspert. Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |