Əsas Səhifə > Dünya > Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib
Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib15-03-2014, 13:37 |
Türkiyənin dörd vilayətində polis bölmələrinin rəhbərləri dəyişib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb. Agentliyin məlumatına görə, kadr dəyişiklikləri Van, Giresun, Muğla və Sivas vilayətlərində baş verib. Xatırladaq ki, yanvarda Ankara və İzmirdə kadr yerdəyişmələri 470-dən çox polisə şamil olunmuşdu. Türkiyədə kadr dəyişikliklərinə ötən ilin dekabrında başlamış antikorrupsiya əməliyyatlarından sonra start verilib. Son kadr dəyişiklikləri Türkiyənin İzmir şəhərində olub və nəticədə 200-dən artıq polisin iş yeri dəyişdirilib. Geri qayıt |