Əsas Səhifə > Dünya > Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı


20-05-2024, 10:06
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter ötən gün qəzaya düşüb. İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, qəzada İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radanın da öldüyü ilə bağlı məlumatlar yayılmışdı.

“Mehr” agentliyi Əhməd Rza Radanın ölüm xəbərinin yalan olduğunu yazır. Fərəcdəki məlumatlı mənbə agentliyə bildirib ki, Radanın ölüm xəbəri həqiqəti əks etdirmir.

Mənbənin sözlərinə görə, Əhməd Rza Radan hazırda gündəlik işləri ilə məşğuldur.

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı

Geri qayıt