Əsas Səhifə > Dünya > 44 ildən sonra İrana ilk səfər

44 ildən sonra İrana ilk səfər


23-05-2024, 06:31
44 ildən sonra İrana ilk səfər
Misirin xarici işlər naziri Sameh Şukri İrana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu, Qahirə ilə Tehran arasında münasibətlərin kəsilməsindən sonra ilk səfərdir. Belə ki, nazir İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsini yad etmək üçün Tehrana gedib.

Qeyd edək ki, iki ölkə arasında əlaqə 44 il öncə - 1980-ci ildə Misirin inqilab zamanı devrilmiş Rza Şah Pəhləviyə sığınacaq verməsindən sonra kəsilmişdi.
Geri qayıt