Əsas Səhifə > Dünya > Ankara İrəvanla NƏ EDƏCƏK?..
Ankara İrəvanla NƏ EDƏCƏK?..23-05-2024, 17:39 |
Ermənistanın Azərbaycanla sülh və ya çərçivə sazişini imzalaması Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq, sərhəd açılacaq. Bu, saziş imzalanmadan əvvəl də baş verə bilər və buna görə Türkiyənin qınanması doğru olmaz. Doğrudur, başda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin rəsmiləri rəsmi Bakının qərarını gözləyirlər, ancaq Ankara Ermənistan siyasətində qərar verməkdə sərbəstdir. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin açıqlamaları da bu yöndədir. Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülhün və hərtərəfli əməkdaşlığın bərqərarıdır. Elxan Şahinoğlu - dia-az.life Geri qayıt |