Əsas Səhifə > Dünya > Qərb Ukraynanın səmasını bağlaya bilər, amma...

Qərb Ukraynanın səmasını bağlaya bilər, amma...


1-06-2024, 08:02
Qərb Ukraynanın səmasını bağlaya bilər, amma...
Bu günlərdə Ukraynanın müdafiə naziri Rustem Umerov Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilməyən qonşu NATO-ya üzv ölkələrə müraciət edib ki, onlar bizim qərb bölgələrimizin səmasını öz ərazilərindən bağlamağa çalışsınlar. Amma başa düşmək lazımdır ki, bu məsələ rus işğalçılarının genişmiqyaslı işğalı başlayandan gündəmə gəlib. Axı sərhəddə müvafiq vasitələr mövcuddur.

Bu cür qüvvələr və vasitələr Qərbi Ukraynanın və ya Odessa vilayətinin əhəmiyyətli hissəsinin səmasını bağlaya bilər. Amma təəssüflər olsun ki, Qərb tərəfdaşlarımız hələ də bu qəbildən olan addımlar atmağa qərar verməyiblər. Baxmayaraq ki, mən Polşa mənbələrimdən bilirəm ki, polyaklar son zamanlar hadisələrin belə inkişafının qəti əleyhinə deyillər.

Bəs doğrudanmı ayrı-ayrı dövlətin siyasi iradəsi bunun üçün kifayətdir, yoxsa bu qərar NATO səviyyəsində kollektiv şəkildə qəbul edilməlidir? Bir tərəfdən, bu, hüquqi cəhətdən məcburi deyil. Yəni qanuni olaraq, məsələn, Polşa Ukraynanın qərb bölgələri üzərində səmanı bağlamaq qərarına gələ bilər. Amma istəmir, çünki risk etmək niyyətindən uzaqdır. O, bütün təşkilatda bu riski şaxələndirmək istəyir.

Həm Polşa, həm də Rumıniya bunu NATO müttəfiqləri və hər şeydən əvvəl ABŞ ilə müzakirə edir. Söhbət deyək ki, tərəfdaşlardan icazə almaqdan gedir. Belə ki, gələcəkdə Ukraynanın təklifi ilə razılaşmaq onların şəxsi avantürası kimi görünməsin. Nəhayət, cavab olaraq Rusiyanın mümkün zərbəsinə məruz qalmamaq üçün amerikalılar, almanlar və ya fransızlar buna görə müharibəyə getməli olacaqlar...

Hələ ki, razılaşma yoxdur. Bunun nə üçün baş verdiyinə dair müxtəlif təxminlər ola bilər. Amma əsas odur ki, ABŞ hələ belə bir qərar verməyib.

Belə bir fikir var ki, Ukrayna səmasının müttəfiqlər tərəfindən bağlanmamasının yeganə səbəbi Rusiyadan gələn nüvə təhlükəsidir. Bununla belə, mən nüvə silahından istifadə ilə Ukrayna ərazisi üzərində Rusiya raketlərinin vurulması arasında əlaqə görmürəm. Məncə, bu qorxular şişirdilmişdir. Aydındır ki, Kremllə Vaşinqton arasında hər iki tərəfin nəyisə etməməsi ilə bağlı bəzi qarşılıqlı razılaşmalar barədə bir növ gizli dialoq var. Ancaq onlar haqqında yalnız təxmin edə bilərik.

Səmanın bağlanması qərarının nəhayət qəbul edilməsi üçün dönüş nöqtəsinin nə ola biləcəyini söyləmək çətindir. Dönüş nöqtəsinə çevrilə biləcək anlar çox idi: Rusiya raketlərinin Polşa və ya Rumıniya ərazisinə necə düşdüyünü xatırlayırıq...

Növbəti məqamlardan biri Ukrayna ərazisinə daxil olarsa, müttəfiqlərimizin bölmələri üçün havadan qorunma və Qərbin hava hücumundan müdafiə sistemləri ola bilər.

Belə bir qərar mümkündür və tezliklə qəbul edilə bilər. Axı bunun ilk dəfə müzakirə olunduğu Fransa NATO-nun üzvüdür ki, ABŞ-a dönüb baxmamağı özünə rəva bilir. Birincisi, Fransa nüvə dövlətidir, ikincisi, ənənəvi olaraq müəyyən təsirlər uğrunda ABŞ-la rəqabət aparır. Digər ölkələrə gəlincə, söhbət siyasi iradə və Rusiyanın təslim olması ilə bu müharibəni bitirmək və Rusiya Federasiyasını sülhə məcbur etmək istəyindən gedir.

Müəllif: Vladimir Qorbaç – Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun politoloqu.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt