Əsas Səhifə > Dünya > O ali dövlət postuna seçilən ilk qadındır...
O ali dövlət postuna seçilən ilk qadındır...3-06-2024, 17:55 |
Meksikada keçirilən prezident seçkilərində Hakim Milli Yenidənqurma Hərəkatının lideri 61 yaşlı Klaudiya Şeynbaumun qələbə çalması bu ölkənin 200 illik müstəqilliyi dövründə bir ilkdir. O ali dövlət postuna seçilən ilk qadındır. Ətraf mühit və energetika üzrə alim olan Klaudiya Şeynbaum bu ali vəzifəyə addım-addım gəlib. 2000-2006-cı illərdə paytaxt Mexiko şəhərinin meri olan Klaudiya Şeynbaum sonrakı illərdə 2018-2023-cü illərdə paytaxt hökumətinə rəhbərlik edib. İyunun 2-də meksikalılar prezidentlə yanaşı Konqresin aşağı palatasının 500 üzvünə və 128 senatora da səs veriblər. Qadın prezidentin işi çətindir. Meksikada dəyişən prezidentlər illər boyu ölkədəki narkotik satışına nəzarət edən və insan oğurluğu ilə məşğul olan cinayətkar şəbəkələrlə mübarizə aparıb, müsbət nəticələr olsa da, cinayətkar şəbəkə üzərində tam qələbə əldə edilməyib. Hər il minlərlə meksikakı cinayətkar şəbəklərinin qurbanı olur. Elə seçki günü də onlarla meksikalı atışmaların qurbanı olub. Klaudiya Şeynbaum insanların sosial problemlərinin həlli üzərindən cinayətkar şəbəkələr üzərində qələbəyə ümid edir. Həqiqətən insanları narkotik kartelləri ilə sövdələşməyə məcbur edən səbəb bölgələrdə sosial problemlərin varlığıdır. Yeni prezident miqrasiya problemləri ilə də məşğul olmaq məcburiyyətindədir. Amerika Birləşmiş Ştatlarına qanunsuz keçməyə çalışanların mütləq əksəriyyəti bunu Meksika ərazisindən reallaşdırmağa çalışır. ABŞ qanunsuz miqrantları qəbul etmədiyinə görə müxtəlif ölkələrin vətəndaşları Meksikada ilişib qalırlar. Meksikanın iqtisadi potensilalı bu ölkənin problemlərini həll etməyə yardımçı ola bilər. Əvvələr böyük şirkətlər ucuz işiçi qüvvəsinə görə müəssisələrini Çində açırdılar. Hazırda Meksika cazibə mərkəzinə çevrilib. ABŞ-dakı şirkətlər Çin əvəzinə Meksikanı seçirlər. Çinin özü də Meksikaya yatırımlarını artırıb. Meksikada yeni müəssisələr və nəqliyyat şəbəkələri açılır. İqtisadi ekspertlərin rəyinə görə, Meksika 2050-ci il üçün dünyanın yeddi ən inkişaf etmiş dövlətindən biri olacaq. Elxan Şahinoğlu - Dia-az.İnfo Geri qayıt |