Əsas Səhifə > Dünya > Türkiyə YÖN DƏYİŞİR?

Türkiyə YÖN DƏYİŞİR?


4-06-2024, 15:07
Türkiyə YÖN DƏYİŞİR?
Türkiyənin BRİCS-ə qoşulmaq istəyinin arxasında nə dayanır? “Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq” – deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə iştirak etmək niyyətində olduğunu bildirib. Fikrimcə, BRİCS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİCS-ə üzvlüyü təşkilatın gücünü artıracaq. Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaqlar, ancaq özlərindən küssünlər. Türkiyə Avropa İttifaqına üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzv olmasına ehtiyac qalmazdı. Türkiyə xarici siyasətini şaxələndirməyə çalışır.
Buna baxmayaraq, BRİCS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRİCS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRİCS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİCS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt