Əsas Səhifə > Dünya > “Britaniya silahları ilə Rusiyadakı hədəfləri vurmağa icazə verdi”
“Britaniya silahları ilə Rusiyadakı hədəfləri vurmağa icazə verdi”6-06-2024, 10:00 |
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub. Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, Zelenski Londonun onlara məxsus silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verdiyini bildirib. Prezidentin saytında dərc olunan məlumatda deyilir ki, Zelenski və Sunak əsas diqqətlərini iyunun 15-16-da İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinə hazırlığa yönəldiblər. “Mən əminəm ki, hətta seçkiqabağı dövrdə də Böyük Britaniya Sammitdə ən yüksək səviyyədə təmsil olunacaq”, - deyə Ukrayna prezidenti vurğulayıb. Qeyd olunub ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini də müzakirə ediblər. “Prioritetlər hava hücumundan müdafiəni və uzaq mənzilli hücum imkanlarını gücləndirməkdir”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, bir sıra Qərb ölkələri – Böyük Britaniya, Danimarka, Çexiya, Fransa, Litva, Latviya, Estoniya və Polşa Ukrayna Silahlı Qüvvələrinə Ukraynaya ötürülən silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün “yaşıl işıq” yandırıb. ABŞ də Ukraynaya silahlarını Rusiyaya qarşı istifadə etməyə icazə verib. Lakin Vaşinqton bəzi məhdudiyyətlər qoyub. Geri qayıt |