Əsas Səhifə > Dünya > Baydendən Kiyevə “yox” cavabı və ABŞ liderinin tərəddüdünün səbəbi

Baydendən Kiyevə “yox” cavabı və ABŞ liderinin tərəddüdünün səbəbi


9-06-2024, 07:00
Baydendən Kiyevə “yox” cavabı və ABŞ liderinin tərəddüdünün səbəbi
ABŞ Prezidenti Co Bayden TIME-a verdiyi müsahibədə “Ukraynanın NATOlaşmasına” heç vaxt dəstək verməyə hazır olmadığını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Ukraynanı silahla təmin edəcək ki, ukraynalılar “gələcəkdə özlərini müdafiə edə bilsinlər”.

Baydenin bu müsahibədə nə demək istədiyini indi dəqiq söyləmək çətindir. Bu müsahibə ilə bağlı Dövlət Departamenti rəsmilərindən birinin sözlərinə görə, Amerika Prezidenti dəfələrlə təkrarladığı kimi, Ukraynanın hazırda NATO üzvlüyünə hazır olduğuna inanmır. Eyni zamanda, o, Ukraynanın gələcəyinin NATO-da olduğuna inanır.

Ona görə də deyə bilərik ki, ABŞ Prezidenti qısa, bəlkə də orta müddətli perspektivdə Ukraynanın Alyansa qoşulmasını görmür, amma istisna etmir ki, gec-tez - bunun üçün imkan yarananda Ukrayna NATO-ya daxil olacaq.

Bir ölkə müharibə şəraitindədirsə, onun NATO-ya qəbulu tamamilə qeyri-realdır. Gələcəyə gəlincə, bu, Ukraynanın müttəfiqlərinin bu addımı atmağa nə dərəcədə hazır olmasından asılı olacaq.

Ola bilsin ki, Amerika lideri də NATO-nun Vaşinqtonda keçiriləcək sammitini nəzərə alsaq, həmin vaxt Ukraynanın Alyansa daxil olmasının mümkünsüzlüyünü nəzərdə tutub. Tərəfdaşlarımız çoxdan qeyd ediblər ki, biz yaxın gələcəkdə Alyansa üzv olacağımıza dair real vədlər gözləməməliyik. Yəni sammitdə ola bilsin ki, bu məsələ ilə bağlı hansısa ifadələr ortaya çıxsın, amma biz Ukraynanın Alyansa qoşulması ilə bağlı dəqiq vaxt intervallarını görməyəcəyik.

Yəni ki, amerikalılar Rusiya-Ukrayna müharibəsi tərəfləri arasında gələcək razılaşmaları nəzərə alaraq hələ də Ukraynanın Avro-Atlantik perspektivləri barədə danışmamağa üstünlük verirlər.

ABŞ Prezidenti hələ də tərəddüd edə bilər. Amma gəlin görək Kiyev və Vaşinqton arasında gələcək təhlükəsizlik sazişində nələr yazılacaq?

Müəllif: Stanislav Jelixovski - Ukrayna Geosiyasət və Geostrategiya Akademiyasının müxbir üzvü
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt