Əsas Səhifə > Dünya > Tələblərin çox olduğu sammit

Tələblərin çox olduğu sammit


15-06-2024, 12:10
Tələblərin çox olduğu sammit
Böyük yeddilərin sammitində qəbul edilən yekun bəyannamədə demək olar ki, dünyanın əsas problemlərinə toxunulub. Birincisi, G-7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə kimyəvi maddələrdən istifadəsini qınayıblar. İkincisi, böyük yeddilər Rusiyanın nüvə silahından istifadə edə biləcəyi eyhamlarını tənqid ediblər. Üçüncüsü, G-7 ölkələri Rusiyanın Ukraynaya 486 milyard dollar təzminat ödəməsi gərəkliyini bildiriblər.
Görünyüdü kimi, yekun bəyanatın əsas hissəsi Rusiyaya aiddir. Yekun bəyanatda Çini də unutmayıblar. Böyük yeddilər Çinin Rusiyaya Ukraynaya qarşı işğalçı müharibəni dayandırması məqsədilə Kremlə təsir etməsini istəyiblər. Bu mövzunu Qərb liderləri dəfələrlə gündəmə gətiriblər. Ancaq nəticə yoxdur. Pekinin Kremlin siyastinə təirr etmək fikri yoxdur. Böyük yeddilər hesab edirlər ki, Qəzzadakı münaqişə Fələstin dövlətinin tanınmasıyla yekunlaşmalıdır. İsrail hökumətinin Fələstinin müstəqilliyini tanımasına hazır olduğuna dair işarə yoxdur. Nəhayət G-7 ölkələri bildiriblər ki, Parisdə keçiriləcək olimpiada günlərində bütün dövlətlər atəşkəs elan etməlidirlər. Bu istəyin də yerinə yetiriləcəyi problematikdir.
Bu arada, G-7 sammiti müxtəlif mövzuların müzakirəsindən çox ABŞ Prezidenti Cozef Baydenin növbəti qəribə hərəkəti ilə yadda qaldı. O liderlərlə ümumi şəkil çəkdirərkən qəfil qrupdan ayrılamağa çalışıb. İtaliya baş naziri Giorgia Meloni onu yenidən qrupa qaytarıb. Ümumiyyələ müşahidəçilər sammitə qatılan 81 yaşlı Baydenin çox yorğun olduğunu vurğulayıblar. Baydenin xəstəliyi hər toplantıda və açıqlamasında özünü biruzə verir. Bu, noyabrda keçiriləcək prezident seçkisində onun reytinqinə mənfi təsir edəcək.
İtaliya ev yiyəsi səlahiyətindən istifadə edərək toplantıya Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı və Hindistanın baş naziri Narendra Modini də dəvət etmişdi. Hər iki lider fürsətdən istifadə edərək liderlərlə fikir mübadiləsi aparıblar. Türkiyə Cumhurbaşqanı bu kimi tribunalardan Qəzzadakı müharibəyə son qoymaq ümün istifadə etməyə çalışır. Hindistan G-7 ölkəsi olmasa da, baş nazir Narendra Modi üçüncü dəfədir böyük yeddilərin toplantısna qatılır. Hindistanın ev yiyəsi İtaliya ilə strateji tərəfdaşlıq münasibətləri var.

“Atlas” Araşdırmalar Mərkəzi
Dia-az.İnfo

Geri qayıt