Əsas Səhifə > Dünya > Putinin “sülh” anlayışı və dəyişməyən xislət
Putinin “sülh” anlayışı və dəyişməyən xislət17-06-2024, 00:02 |
Rusiya diktatoru Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə şərtləri açıqlayıb və bundan sonra Rusiya Federasiyası ilə sülh danışıqlarının mümkün olacağını bildirib. Onların arasında Ukrayna Müdafiə Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisindən çıxarılması, eləcə də Ukraynanın NATO-ya qoşulmayacağına dair təminatlar var. Putin təsdiqləyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara hazır deyil. Tammiqyaslı işğal başlayandan bəri onun mövqeyi dəyişməyib. Bu mövqe yeganədir - Ukraynanın mövcudluğu yox, onun məhvi. Əgər bizə təklif edilsə ki, rusların ələ keçirdiyi o əraziləri (və Putin onları ələ keçirilmiş ərazilər adlandırır), Rusiya özü üçün götürür, Ukraynanın qalan hissəsi də istədiyini edir - NATO-da, Aİ-də, hətta orda-burda, lider seçir - onda bu, heç olmasa uzağa hesablan addıma bənzəyərdi. Lakin bu baş vermir. Bundan əlavə, Putinin mesajı da avropalılar üçün təhlükədir: ya qəbul edin, ya da sizinlə daha çox problemimiz ola bilər. Fakt budur ki, onun istiqamət göstərməsi vacibdir: Rusiya "böyük və güclü" olmağa davam edəcək. Amma hədə-qorxu Putinin köhnə strategiyasıdır. Bu yeni bir şey deyil... “Putin sülh planı” ətrafında və Rusiya-Ukrayna müharibəsindəki döyüş meydanında gələcək inkişaflar ABŞ seçkilərində kimin qalib gələcəyindən, digər ölkələrin məsələlərə necə reaksiya verəcəyindən, Putinin yeni heç nə təklif etmədiyindən və Çinin mövqeyindəm asılı olacaq. Pekin mövqeyini dəyişə bilər. İndi mənə elə gəlir ki, ABŞ, Çin və Aİ arasında münasibətlərin, xüsusən də elektromobillər məsələsində daha bir kəskinləşmə var. Çinin iqtisadi problemləri var və Amerika və Avropa bazarlarından imtina etməyə hazır deyil. Buna görə də Rusiya və Çinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyinə təzyiq göstərmək mümkün ola bilər. Məsələn, Qərb potensial olaraq Çinə təklif edəcək: siz Rusiya Federasiyasına daha az kömək edirsiniz, əvəzində biz də sizə kömək edəcəyik... Müəllif: Maksim Yakovlev – Ukraynalı siyasi elmlər namizədi. Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |