Əsas Səhifə > Dünya > London hədəflərini müəyyənləşdirib
London hədəflərini müəyyənləşdirib19-06-2024, 11:42 |
Ukraynaya əsas dəstək verən dövlətlərdən biri Böyük Britaniyadır. Bu ölkənin baş naziri Rişi Sunak bir müddət əvvəl Kiyevə səfər edərək Ukrayna ilə təhlükəsizlik sahəsində strateji saziş imzaladı. Daha sonra oxşar sazişlər digər ölkələr də müharibə aparan Ukrayna ilə imzaladılar. Rişi Sunak keçmiş baş nazir Devid Kemeronu xarici işlər naziri təyin etdikdən sonra Londonun xarici siyasətində fəallığı artıb. Devid Kemeron ölkəsinin iki tərəfdaşı olan ABŞ və Fransadakı mümkün dəyişikliklərə hazır olmanın vacibliyi qənaətindədir. ABŞ-da Donald Trampın, Fransada isə Le Penin prezident seçiləcəyi təqdirdə London siyasətini yeni reallıqlara uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Kemeronun mövqeyi belədir ki, ABŞ və Fransada hakimiyyətə kim gəlirsə gəlsin London Vaşinqton və Parislə tərəfdaşlığını davam etdirməlidir. Qəzzada bombardmanlar davam edərkən Böyük Britaniyanın İsrailə silah satışı Kemeronu narahat etmir. Çünki, İsrail ona lazım olan silahların cəmi yüzdə birini Böyük Britaniyadan alır. İsrail silah və hərbi texnikaya olan tələbatının böyük hissəsini ABŞ-dan əldə edir. Kemeron ölkəsi üçün iki istiqamətdən təhlükənin olduğu qənaətindədir. Kemeron Rusiyanın durdurmağın vacibliyi ilə yanaşı Çinin aqressiv siyasətindən də narahatdır. Kemeron hesab edir ki, Çin Böyük Britaniyaya qarşı kiber hücumlarını genişləndirib. Əslində Kemeron baş nazir olduğu illərdə Böyük Britaniya ilə Çin arasında əməkdaşlığa üstünlük verirdi. Hazırda şərtlər dəyişib. Kemeronun fikrincə, Pekinin xarici və təhlükəsizlik siyasəti dəyişdiyi üçün London da siyasətində müvafiq dəyişikliklər etməlidir. Pekinin Cənubi Çin dənizinin mübahisəli bölgələrinə iddialarının daha aqressiv şəkildə həyata keçirilməsi Böyük Britaniyanı narahat edir. Çünki həmin bölgədə Böyük Britaniyaya məxsus gəmilər də üzür. Çin sahil mühafizəsinin mübahisəli sularda "Çinin milli təhlükəsizliyini və maraqlarını təhlükə altına alan əcnəbiləri" araşdırmaq hüququna malikdir. Bu səbəbdən Çinlə Filippin arasında da münasibətlər gərginləşib. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |