Əsas Səhifə > Dünya > Ruslar Putinə görə pullarını da rahat köçürə bilməyəcəklər

Ruslar Putinə görə pullarını da rahat köçürə bilməyəcəklər


22-03-2014, 10:16
Ruslar Putinə görə pullarını da rahat köçürə bilməyəcəklər
Beynəlxalq ödəmə sistemi olan "VISA" və "Master Card" Rusiyadakı xidmətlərini məhdudlaşdırıb. ANS PRESS-in məlumatına görə, ABŞ rəhbərliyinin növbəti sanksiyası olaraq "Rusiya" bankında pul əməliyyatlarının keçirilməsi zamanı bank müştərilərinə "VISA" və "Master Card" beynəlxalq ödəmə sistemlərinin dueti xidmətlərin göstərə bilməyəcək.

Bankın məlumatında deyilir ki, bankımızın direktorlar şurasının sədri vəzifəsini tutan Yuri Kovalçuk "qara siyahı"ya düşüb. Xidmətlərin yerinə yetirilməsi də heç bir məlumat olmadan qəflətən dayandırılıb. "Visa" və "Master Card" plastik kart sahibləri üçün bank əməliyyatları aparılması üçün daxili qadağa qoyulub.

Xatırladaq ki, Krımın Rusiyanın tərkibinə daxil olmasından sonra ABŞ-dan reaksiya gözlənilirdi. Obama siyahıda edilən yeni dəyişikliklərdən sonra rəsmi Moskvaya yaxın olan biznesmen və siyasətçilərin də sanksiyalara məruz qalacağını açıqlayıb. Barak Obama həmçinin bildirib ki, Rusiya hökuməti ilə tərəfdaşlıq edən şirkətlərə qarşı da sanksiyalar tətbiq ediləcək.

Geri qayıt