Əsas Səhifə > Dünya > Lavrov ABŞ-dakı seçki kampaniyasını "kədərli tamaşa" adlandırıb
Lavrov ABŞ-dakı seçki kampaniyasını "kədərli tamaşa" adlandırıb8-07-2024, 06:17 |
ABŞ-da seçki kampaniyasının gedişi kədərli tamaşadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Videonu jurnalist Pavel Zarubin özünün Telegram kanalında yayımlayıb. “Ciddi desəm, kədərli mənzərədir. Əgər qondarma ABŞ demokratiyası sistemi belə nəticələr verirsə, yəqin ki, hər kəs bunun necə təşkil olunduğu, necə qurulduğu barədə öz nəticəsini çıxara bilər” - o, müvafiq sualı cavablandırıb. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Qeyd edək ki, iyunun 28-nə keçən gecə Atlantada ABŞ-ın keçmiş və hazırkı Prezidenti Co Bayden və Donald Tramp arasında debat baş verib. Bundan sonra amerikalıların, təxminən 60%-i debatdakı çıxışını uğursuz hesab etdikləri Baydenin seçkilərdə iştirakına qarşı çıxıblar: o, kəkələyib, uzun fasilələr edib və sözlərini çaş-baş salıb. Bir neçə gün sonra 81 yaşlı Bayden debat zamanı səhnədə az qala yuxuya getdiyini etiraf edib. Geri qayıt |