Əsas Səhifə > Dünya > NATO ilk dəfə bunu etdi
NATO ilk dəfə bunu etdi13-07-2024, 16:23 |
NATO-nun Vaşonqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çinin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırılması qütblər arasında gərginliyi artırıb. Şimali Atlantika Bloku Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. NATO tarixində ilk dəfədir ki, Çinin ünvanına bu qədər sərt fikirlər səsləndirilib. Ekspertlər bəyanatda Çinin Rusiyaya artan dəstəyinin baha başa gələcəyi ilə bağlı Pekinin ünvanına gizli təhdid olduğu qənaətindədirlər. Bu cür bəyanatdan və çağırışdan sonra əksinə Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək. Pekin Vaşinqtonun və Brüsselin bu kimi təzyiqlərindən geri çəkilən deyil. Təsadüfi deyil ki, Pekindən NATO-nun ünvanına təxminən bu cür açıqlamalar göndərilib: “Gedin işinizlə məşğul olun!”. Bu o deməkdir ki, Rusiya ilə bacara bilməyən hərbi təşkilat Çinə dilə uzatmasın. NATO Çinə qarşı nə edə bilər? Birincisi, təşkilat özünün məsuliyyət zonasına daxil olmayan Hind və Sakit Okean bölgəsində fəallığını artıracaq, Çinə qarşı yeni bloklar formalaşdıracaq. Misal üçün NATO Yaponiya ilə sıx əlaqələr qurub, təşkilatın Tokioda ofisi fəaliyyətə başlamalıdır. İkincisi, NATO üzvləri Çinə qarşı iqtisadi alətləri işə salıblar, çin məhsullarına gömrük verigiləri artırılıb. Bütün bunlar Pekini çəkindirmir. Güncə sıxılan Çin Rusiya ilə birgə anti-Qərb blokunu gücləndirməyə çalışacaq. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |