Əsas Səhifə > Dünya > Krım itkisinin ardından Ukraynaya daha bir zərbə gəlir

Krım itkisinin ardından Ukraynaya daha bir zərbə gəlir


27-03-2014, 11:36
Krım itkisinin ardından Ukraynaya daha bir zərbə gəlir
FaktXəbər-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynada təbii qazın qiyməti 50 faiz bahalaşacaq. Bu barədə ictimaiyyətə ölkənin büdcə hesablamaları üzrə milli səhmdar şirkəti olan "Naftoqaz Ukrayna"nın direktoru Yuri Kolbuşkin məlumat verib. O, əlavə edib ki, 2018-ci ilə qədər mərhələli şəkildə qazın qiymətində artım müşahidə olunacaq.

Qeyd edək ki, Ukrayna prezident Viktor Yanukoviçin devrilməsindən sonra Kremllə rəsmi Kiyev arasında imzalanmış qaz razılaşmasında dəyişiklik olub. Belə ki, Rusiya Ukraynaya qazı güzəştli şərtlərlə satmaqdan vaz keçərək əvvəlki tarifə qayıtmağı qərara alıb. Bu isə Ukraynada təbii qazın qiymətində bahalaşmanı qaçılmaz edib.

Geri qayıt