Əsas Səhifə > Dünya > Suyun altında mübarizə gedir
Suyun altında mübarizə gedir12-08-2024, 12:36 |
Çinlə Hindistan hər sahədə olduğu kimi sualtı gəmilərin sayına görə də bir-biriylə rəqabət aparır. Çin keçmiş illərdə silahlı qüvvələrini gücləndirərəkən hərbi-dəniz donanmasının inkişafına o qədər də diqqət yetirməyib. Pekin 2000-ci illərdən başlayaraq bu sahəyə diqqətini artırıb. Bu sırada sualtı gəmilərin inşası diqqət mərkəzindədir. Çinin hazırda 50-ə yaxın sualtı gəmisi var. Çin tədqiqatçıları pilotsuz sualtı gəmilər üzrində də çalışmalarını davam etdirirlər. Buna baxmayaraq, Çin sualtı gəmilərin idarə olunmasında problemlərlə üzləşib. Keçən il yayılan xəbərə görə, Çinin sualtı gəmilərindən biri batıb. Nəticədə gəmidə olan 55 nəfər oksigen çatışmazlığı səbəbindən həlak olub. Çin bu hadisəni gizli saxlamağa çalışsa da, Britaniya kəşfiyyatı hadisə ilə bağlı məxfi məlumatı ələ keçirərək yayıb. “The Times” qəzeti İngiltərə kəşfiyyatının hesabatına əsaslanaraq Şanxayın şimalındakı Şandunq əyaləti yaxınlığında Çinə məxsus sualtı gəminin batdığını yazmışdı. Çinin bölgədəki əsas rəqibi Hindistan sualtı gəmilərin inşasında qonşusundan geri qalmaq istəmir. Hindistan 2035-ci ilə qədər 175 hərbi gəmi və sualt gəmi inşa etməyi planlaşdırır. “The Economic Times” dərgisinin yazdığına görə, Hindistan 2047-ci ildə müstəqlliyinin 100 illiyi üçün hərbi gəmilərlə özünü tam təmin etməyi hədəfləyib. Hindistan Müdafiə Nazirliyinin sifarişi ilə müxtəlif tərsanələrdə onlarla hərbi gəmi inşa edilir. Hindistanın sualtı gəmiləri Qərb ölkələrinin texnologiyaları və onlarla əməkdaşlığı sayəsində inşa edilir. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “Mazagon Dock Limited” şirkəti (MDL) altı sualtı gəmi gəminin təkmilləşdirilməsi üzrə çalışmalarını davam etdirir. Təkmilləşdirmə sayəsində sualtı gəmilər suyun altında daha uzun müddət qala biləcəklər. Bu sualtı gəmilər ballistik raketlərlə təhciz ediləcək. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər sınaqların və təkmilləşdirmələrin son mərhələsindədir. Suatlı gəmilərin yaxın aylarda istismara veriləcəyi açıqlanıb. Beləliklə, bölgədə müxtəlif dövlətlərin hərbi gəmiləriylə yanaşı sualtı gəmilərinin sayı da artacaq. Bölgə ölkələrindən Avstraliya da hərbi-dəniz donanmasını təkmilləşdirməklə yanaşı müasir sualtı gəmilərinin inşasını sürətləndirib. Avtsraliya sualtı gəmilərin inşasında Fransa ilə əməkdaşlıqdan imtina edərək ABŞ-ı seçmişdi. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |