Əsas Səhifə > Dünya > "Bu cənab Pensilvaniyada yaşasa da, yaşamasa da"...

"Bu cənab Pensilvaniyada yaşasa da, yaşamasa da"...


1-04-2014, 10:23
"Bu cənab Pensilvaniyada yaşasa da, yaşamasa da"...
ABŞ Dövlət Departamenti Türkiyədə hökuməti və Fətullah Gülən (nur) icması arasındakı mübarizə ilə bağlı suallara cavab verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin sözçüsü Meri Harf Türkiyədə azadlıqların pozulmasının F. Gülənin ABŞ-ın Pensilvaniya ştatında yaşaması ilə bir əlaqəsi olmadığını söyləyib: “Bu cənab Pensilvaniyada yaşasa da, yaşamasa da, Türkiyə hökumətinin “Twitter”i bağlaması doğru deyil. Türkiyə hökumətinin onunla eyni şəkildə düşünməyənlər üzərində basqı qurması doğru deyil. Bu cür şeylərin bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə əlaqəsi yoxdur. Türkiyə bizim NATO üzrə yaxın bir müttəfiqimizdir. Hər zaman hər mövzuda anlaşa bilmirik, lakin biz heç vaxt hər kəslə hər məsələdə anlaşmırıq. Bu səbəblə Pensilvaniyada yaşayan cənabı unudun”.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə ötən il dekabrın 17-də üzə çıxarılan korrupsiya, rüşvət faktları və internetdə hökuməti ifşa edən gizli səs yazılarının yayılmasına görə Fətullah Gülən icmasını günahlandırır. O, meydanlarda F. Gülənin adını çəkmədən onun haqqında “Pensilvaniya” deyə bəhs edir.

Geri qayıt