Əsas Səhifə > Dünya > DUROV MƏSƏLƏSİ: Kimi axmaq yerinə qoyurlar?

DUROV MƏSƏLƏSİ: Kimi axmaq yerinə qoyurlar?


26-08-2024, 08:33
DUROV MƏSƏLƏSİ: Kimi axmaq yerinə qoyurlar?
Fransanın hava limanında həbs olunan Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun məsələsi xeyli qarışıddır. Birincisi, Rusiyanın siyasi və hərbi dairələri Durovun həbsindən bu qədər narahat olublarsa, vaxtında onun ölkə ərazisini tərk edərək Kremlin düşməninə çevrilən Fransa vətəndaşlığı almasına niyə seyrçi qalıblar? Bu ona bənzəyərdi ki, Facebook-un yaradıcısı ABŞ-a etiraz olaraq Rusiyaya köçərdi. Durov Rusiyada biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək 3 il əvvəl ölkə vətəndaşlığından imtina edib. Ancaq orası da var ki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini Telegram üzərindən həyata keçirirlər. Ona görə də həmin strukturlar indi qorxurlar ki, Durov sosial şəbəkənin kodlarını Fransanın kəşfiyyat struktularına təhvil verə bilər. Bu isə öz növbəsində Rusiyanın siyasi və hərbi strukturlarının nümayəndələrinin Telegram üzərindən yazışmalarının faş olmasına şərait yaradacaq. Digər müəamma isə bundan ibarətdir ki, Durov Fransada həbs olunacağını bilə-bilə şəxsi təyyarəsi ilə Bakıdan Parisə uçmağa qərar verib. Fransanın müvafiq strukturları Durovun Bakı səfərinin təfərrüatlarını da ondan öyrənməyə çalışacaqlar. Rusiyanın mühacirətdə olan müxalifət nümayəndələri və yazarları ikiyə bölünüblər. Bir qisim Durovun həbsinin siyasi motivli olduğuna iddia edərək onun azadlığını tələb edir, digərləri isə Telegram yaradıcısının Rusiyanı tərk etməsinə baxmayaraq, onun şəbəkəsinin işğalçı qüvvələrin dəstəkçisi rolunda çıxış etdiyini vurğulayırlar.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt