Əsas Səhifə > Dünya, Güney Press > Üç ölkə İrana qarşı yeni cəza mexanizmi hazırlayır

Üç ölkə İrana qarşı yeni cəza mexanizmi hazırlayır


11-09-2024, 12:10
Üç ölkə İrana qarşı yeni cəza mexanizmi hazırlayır
Fransa, Almaniya və İngiltərə İranın Rusiyaya ballistik raket ixracını şiddətlə qınayırlar. Üç ölkənin birgə bəyanatında İran və Rusiyanın Avropanın təhlükəsizliyinə birbaşa təhdid olduğu vurğulanır.

Reyting.az xəbər verir ki, Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri Rusiya ilə İran arasında silah mübadiləsi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda İranın ixracı və Rusiyanın İrandan ballistik raketlər alması şiddətlə qınanır, İrana qarşı yeni sanksiya siqnalları verilir.

Bəyanatda bildirilir ki, İran Ukraynaya qarşı döyüşən Rusiyaya hərbi dəstəyini artırır və bu, Ukrayna xalqının iztirablarının daha da artırmasına səbəb olur.

Qeyd edilir ki, İran və Rusiya Avropa təhlükəsizliyinə birbaşa təhdid yaradır, Fransa, İngiltərə və Almaniyanın daha əvvəl Rusiyaya hərbi ixracatı ilə bağlı İrana xəbərdarlıq etdiyi xatırlanır.

Üç ölkənin İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün hərəkətə keçəcəyi də bildirilir.

Bəyanatda vurğulanır ki, İranın ballistik raket proqramı və bu raketlərin Rusiyaya təhvil verilməsində iştirak edən şəxs və təşkilatların müəyyən edilməsi üçün araşdırmalar aparılacaq, cəzalandırılanlar siyahısında İranın milli hava yolu şirkəti “İran Air” də yer alacaq.

Onu da qeyd edək ki, İran XİN Tehranın Rusiyaya raket göndərməsi ilə iddiaları əsassız sayır, İngiltərə, Fransa və Almaniyanın ABŞ ilə birlikdə əsas silah mənbəyi olduğunu bəyan edir.

Geri qayıt