Əsas Səhifə > Dünya > Rusiya tez bir zamanda qələbə çalmaq üçün silahlanmanı artırmağa çalışır
Rusiya tez bir zamanda qələbə çalmaq üçün silahlanmanı artırmağa çalışır24-09-2024, 12:46 |
Rusiya hakimiyyəti Ukraynadakı müharibənin xərclərini ödəmək üçün büdcədən orduya ayrılan xərcləri kəskin şəkildə artırmaq istəyir. Bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə federal xəzinədarlıq "milli müdafiə" başlığı altında rekord məbləğdə - 13,2 trilyon rubl və ya 142 milyard dollar xərcləyəcək. Belə ki, 2024-cü illə müqayisədə (10,8 trilyon rubl) hərbi xərclər 22%, 2023-cü illə müqayisədə (6,8 trilyon rubl) iki dəfə, müharibədən əvvəlki 2021-ci illə müqayisədə (3,5 trilyon) isə təxminən 4 dəfə artacaq. AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Rusiya təkcə Ukrayna ilə savaşdığına görə yox, həmçinin müharibə prespektivlərini daha geniş miqyaslı etmək üçün silah xərclərini artırır: “Çünki Rusiya məsələyə gələcəkdə daha böyük qarşıdurmayla qarşılaşma ehtimalından yanaşır. Eyni zamanda Ukrayna cəbhəsində döyüşmək hazırda Rusiya üçün çətindir. Ona görə də tez bir zamanda qələbə çalmaq üçün silahlanmanı artırmağa çalışır. Digər tərəfdən Rusiya Ukrayna müharibəsinə hərbi qulluqçu cəlb etmək üçün maliyyə ödəyir. Yəni müxtəlif ölkələrdən Rusiya tərəfindən pul qarşılığında döyüşən qüvvələr var. Çünki Ukrayna müharibəsi Rusiya hərbiçilərinin peşakarlığının üst səviyyədə olmadığını göstərdi. Belə olan halda "Vaqner" şirkəti tərəfindən pullu əsgərlər orduya gətirildi. Həmçinin Ukrayna müharibədən öncə Rusiya ordusuna 300 tank verirdisə, savaşdan sonra bu 2000-i keçib”. Geri qayıt |