Əsas Səhifə > Dünya > Tramp Putindən nə xahiş edib?

Tramp Putindən nə xahiş edib?


6-10-2024, 19:50
Tramp Putindən nə xahiş edib?
Sabiq ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putindən Ukrayna ilə bağlı məsləhət istəyib. Bu zaman Putin Trampın fikrini öz tərəfinə çəkə bilib. Bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, 2017-ci il yanvarın 28-də Prezident olduğu dövrdə Putinlə ilk telefon danışığı zamanı Tramp Ukrayna məsələsini gündəmə gətirərək Putindən öz fikrini bildirməsini xahiş edib: “Rusiya Prezidenti bundan istifadə etdi. Putin Ukraynadakı korrupsiya haqqında uzun monoloqa başlayıb. Tramp cavabında təmkinli olub, Putinlə razılaşmayıb, amma Ukraynanı da müdafiə etməyib. Lakin Tramp Rusiyanın Ukrayna ilə mübahisəsinin onun Moskva ilə münasibətləri yaxşılaşdırmaq məqsədinə maneə olduğunu etiraf edib”.

Həmin gün Almaniya kansleri Angela Merkel Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyindən və Rusiyanın Ukraynaya təcavüzünün qarşısının alınmasının vacibliyindən danışaraq, Trampa Ukraynaya fərqli baxışı çatdırmağa çalışıb. Lakin söhbət zamanı iştirak edən mənbənin sözlərinə görə, Tramp onun fikrinə məhəl qoymayıb və söhbəti kəsib.

“Tramp Merkelə “çox sağ olun və hələlik” dedi”, mənbə bildirib.

Ukraynanın seçkidə Hillari Klintona kömək etməyə çalışdığını deyən Putinin təhriki ilə Tramp Ukraynanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı konspirasiya nəzəriyyəsini təbliğ etməyə başlayıb. 2017-ci ilin mayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Tramp onunla Ukrayna və Klinton arasındakı əlaqəni müzakirə edib və Lavrova Ukrayna rəsmiləri ilə Amerika demokratları arasında əlaqələrə dair suallar ünvanlayıb.

Eyni zamanda, Trampın Ukrayna ilə bağlı narazılığı artdıqca, onun bəzi müşavirləri onu inandırmağa çalışıblar ki, 2016-cı il seçkilərinə müdaxilə edən Ukrayna deyil, Rusiyadır. Lakin Tramp görünür, onlara qulaq asmayıb.

“2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşü zamanı bir gün əvvəl çıxışında Rusiyanın “Ukraynadakı sabitliyi pozan fəaliyyətlərini dayandırmalı” olduğunu bildirən Tramp yenə də Rusiya Prezidentinin manipulyasiyalarına boyun əydi”, - deyə nəşr yazır.

Yazıda qeyd olunur ki, Putin Ukraynanın şərqindəki rusdilli sakinləri “etnik təmizləmə”dən qorumağa borclu olduğunu iddia edib. Eyni zamanda o, 1904-cü ildə Prezident Teodor Ruzvelt və Amerikanın Latın Amerikası ölkələrinin daxili işlərinə müdaxiləsi ilə bənzətmə aparıb.

Trampın Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli əməkdaşı Fiona Hill qeyd edib ki, Putin güman ki, görüşdə Ruzveltin adını çəkib: “Çünki Putin cənab Trampın keçmiş “silovik” prezidentə kökləndiyini bilirdi”.

AYNA.az
Geri qayıt