Əsas Səhifə > Dünya > Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək
Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək7-10-2024, 08:05 |
Ermənistanda müxalifətçilər çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında toplaşacaqlar. “Report” xəbər verir ki, bu barədə “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib. “Çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında olun, cinayət işlərini təhvil verəcəyik”, - o deyib. “Biz müxtəlif məmurlara, hətta bədxahlara qarşı iddia qaldırdıq. Biz istədiyimizə nail olana qədər bu proses məqsədyönlü şəkildə davam edəcək. Bir şey istəyirik: Vətən və şərəf”. Qeyd edək ki, müxalifətçilər dünən Konstitusiya Məhkəməsi qarşısında aksiya keçiriblər. Aksiya artıq başa çatıb, etirazçılar Baqramyan prospektini açıblar. Geri qayıt |