Əsas Səhifə > Dünya > Moldova üçün “Gürcüstan ssenarisi”
Moldova üçün “Gürcüstan ssenarisi”11-10-2024, 06:53 |
“İki həftədən az müddətdə Moldova mühüm seçim qarşısında qalacaq – vətəndaşlar ölkə Prezidentinə səs verməklə yanaşı, ölkə Konstitusiyasına “Avropa kimliyi” və “Avropa inkişaf yolunun dönməzliyi” ilə bağlı normaların daxil edilməsinə dair referendumda iştirak edəcəklər. Ona görə də Kremlin belə bir ssenarinin qarşısını almaq üçün səylərini artırması təəccüblü deyil”. Bu sözləri Moldova Milli Təhlükəsizlik Komissiyası sədrinin keçmiş müavini və keçmiş sədri Kiril Mospan yazdığı analitik məqalədə qeyd edib. Sabiq təhlükəsizlik məmuru qeyd bildirib ki, Moldovanın bölgələrinə səfərdən yenicə qayıdıb və səfər zamanı eşitdikləri təhlükəlidir: “İnsanlar deyirlər ki, onlara çoxlu pul təklif olunur. Onlardan nəinki şəxsən Moldovanın Avropa İttifaqına daxil olmasına və Prezident Maya Sandunun namizədliyinin əleyhinə səs vermək, həm də başqalarını buna təşviq etmək istənilir. Qeyd edim ki, bu pulu hamı götürmür, amma təzyiq çox güclüdür”. “Haqqında danışdığım pulların məbləğini təsəvvür etmək üçün müxtəlif internet platformalarında Rusiyaya pərəstiş edən qüvvələri və onların nağıllarını dəstəkləyən reklam bannerlərinin sayından görmək olar. Bu reklam nəinki ucuzdur, söhbət külli miqdarda puldan gedir. Bu reklamların təşviq etdiyi siyasətçilərdə o qədər pul yoxdur. Bu, rus puludur”, - deyə Mospan vurğulayıb. Onun sözlərinə görə, Moldovada çoxları bunun doğru olub-olmaması ilə də maraqlanmır: “Onlar sadəcə moldovalı qaçaq oliqarx, Şor Partiyasının rəhbəri İlon Şorun emissarlarının və Kreml yönümlü digər partiyaların onlara dediklərini qəbul edirlər. Bir misal: vətəndaşlar referendumda kimi seçib “düzgün səs versələr”, onlara ucuz qaz vəd olunur. Bundan əlavə, keşişlərimiz kilsələrdə Rusiya təbliğatı aparırlar. Rusiyanın pulu ilə maliyyələşən bu cür təbliğatla mübarizədən danışırıqsa, o zaman ayrı-ayrı rusiyayönlü saytlar bağlandı, amma bizim hüquq-mühafizə orqanları orada dayandı... Bu, son dərəcə pisdir. Axı onlar öz işlərini davam etdirməlidirlər - hər hansı xarici müdaxilənin qarşısını almalıdırlar. Üstəlik, qonşu Ukraynada insanları öldürən işğalçı dövlətin müdaxiləsinə qarşı”. “Vətəndaşların indi verdiyi əsas sual budur: nəticə nədir? Axı hüquq-mühafizə orqanlarının əməkdaşları orada nəsə tapdıqlarını bildirirlər, amma gözə çarpan sistemli iş yoxdur, baş verənlərin qarşısının alınması yoxdur. Məsələn, Amerika təcrübəsi olan təyin olunmuş prokurorla xeyli səs-küy yaranmışdı, amma təəssüf ki, nəticə sıfır idi. Məncə, seçicilərin rüşvət almağa cəhdi ilə bağlı işdə iştirak edənlərin 130 min olması rəqəmi bir qədər şişirdilib. Amma Moldovada demokratik rejimi dəyişməkdə maraqlı olan insanlar öz ideyalarını təbliğ etmək üçün başqa imkanlar tapırlar”, - deyə sabiq təhlükəsizlik məmuru əlavə edib. Mospan qeyd edib ki, əgər Moldovada indi Avropaya inteqrasiya kursu varsa, 2025-ci ildə hər şey tam əksinə ola bilər: “Moldovada keçirilən parlament seçkilərindən sonra Kremlə bağlı qüvvələr qalib gələrsə, burada “Gürcüstan ssenarisi” təkrarlana bilər. Söhbət Avrointeqrasiya kursundan faktiki olaraq uzaqlaşma və Rusiya Federasiyası ilə əməkdaşlığın artmasından gedir. Təəssüf ki, bunun baş vermə ehtimalı yüksəkdir. Rusiyada bununla məşğul olanlar var. Moldova bu kontekstdə Moskva üçün böyük maraq kəsb edir. Bu, bizim Putin pərəstişkarlarının qarşısına qoyulan ən mühüm vəzifələrdən biridir”. AYNA.az Geri qayıt |