Əsas Səhifə > Dünya > “Məhv etməyə yönəlmiş strategiya”
“Məhv etməyə yönəlmiş strategiya”12-10-2024, 00:44 |
Nə itkilərin artması, nə də havanın soyuması Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin trayektoriyasını dəyişməyəcək. Bu barədə yüksək səviyyəli ABŞ rəsmiləri deyiblər. Anonimlik şərti ilə jurnalistlərə danışan rəsmilər bildiriblər ki, son bir neçə həftə ərzində gedən döyüşlər cəbhə xəttində yalnız kiçik dəyişikliklərə səbəb olub və Rusiyanın hər hansı düzəlişlər etdiyinə dair çox az işarə var. Yüksək rütbəli hərbçi “bu, məhv etməyə yönəlmiş strategiyadır” deyib və əlavə edib ki, “rəqəmlərlə qalib gəlməyə çalışan Rusiyanın müharibə aparmaq üsulu budur”. ABŞ ordusunun son qiymətləndirmələrinə görə, Ukraynanın mövqelərini təkcə say üstünlüyü hesabına sıxışdırmaq istəyi Rusiya Silahlı Qüvvələrinə baha başa gəlir. Birləşmiş Ştatlarda hesab edilər ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya qoşunları 600 min ölü və yaralı itkisi var. Bu, İkinci Dünya müharibəsindən sonra Rusiyanın istənilən münaqişədə itkilərinin sayının az olduğunu göstərir. Amerikalı rəsmilər bildiriblər ki, Rusiya sentyabrda müharibənin digər aylarına nisbətən daha çox itki verib. Rusiya ordusu başqa yolla da əziyyət çəkib. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin hesablamalarına görə, Ukrayna Qara dənizdə yerləşən 30-dan çox orta və böyük rus gəmisini məhv edib və ya zədələyib. Bu, Rusiyanı Qara dəniz donanmasını yenidən formalaşdırmağa məcbur edib. Ukraynanın həmçinin Rusiyanın müharibədən əvvəlki tank ehtiyatının üçdə ikisindən çoxunu məhv etdiyi güman edilir. “Bu, Rusiya ordusunu SSRİ-dən qalma anbarlarından və yanacaq çənlərindən istifadəyə məcbur edir", - ABŞ yüksək rütbəli hərbçisi deyib. Ukrayna pilotsuz təyyarələri də Rusiyanın silah-sursat anbarlarına hücum edərək, Rusiya və Şimali Koreya istehsalı olduğu güman edilən yüz minlərlə mərmi məhv edib. ABŞ rəsmiləri zərərin çox güman ki, döyüş sursatı və artilleriya mərmilərinin cəbhə xəttinə çatdırılmasını yavaşlatacağını bildirib. Bununla belə, onlar xəbərdarlıq ediblər ki, bu Rusiyanın daha çox itki verməsinə səbəb olsa da, Kremli çəkindirmir. Amerikalı yüksək rütbəli müdafiə “Amerikanın Səsi”nə deyib: “Rusiya şərqdə səylərini gücləndirdiyi üçün üyüdülmə kampaniyasına əhəmiyyətli miqdarda resurs və işçi qüvvəsi ayırmağa davam edir”. “Rusiya dəfələrlə ukraynalıları təslim olmağa məcbur etmək üçün hər şeyi etməyə hazır olduğunu nümayiş etdirib. O cümlədən, Ukraynanın mülki əhalisinə və kritik infrastruktura hədəfli hücumlar edilir”, əlavə edib. ABŞ-ın yüksək səviyyəli rəsmiləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrındakı kimi, kütləvi səfərbərlikdən qaça bilib. Buna qismən də rus könüllülərinin maaşlarının artırılması hesabına nail olub. Bununla belə, Putinin səfərbərlik elan etmədən Rusiya hərbi kampaniyasını nə qədər davam etdirə biləcəyi bəlli deyil. AYNA.az Geri qayıt |